Makronun fotosunun son dünya çempionatının finalına aid olduğu iddiası

Makronun fotosunun son dünya çempionatının finalına aid olduğu iddiası

Parvana Gurbanlı

Sosial şəbəkə istifadəçiləri və xəbər saytları futbol oyunu zamanı Fransa prezidenti Emmanuel Makronun ölkəsini alqışladığını əks etdirən foto paylaşıblar. Onlar fotonu 2022-ci ilin dünya çempionatının finalında Fransa və Argentina qarşılaşması zamanı çəkildiyini iddia ediblər. 

az macron mac iddia

Paylaşılan foto yeni deyil

Fotonu Google-da axtarışa verdiyimiz zaman, CNN-in 8 iyul 2018-ci il tarixli xəbərinə rast gəlirik. Xəbərdə Makronun 2018-ci ilin futbol üzrə dünya çempionatının finalında Xorvatiya Fransa oyunu zamanı həyəcanlandığı deyilir. 

Fotoda sol tərəfdə həmçinin Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino oturub alqışlayırlar.

Rusiyanın Lujniki stadionunda Fransa və Xorvatiya arasında keçirilən DÇ-2018 final oyunu zamanı Makron, Putin və İnfantinonun çəkilmiş digər şəkilləri Getty Images tərəfindən yerləşdirilib.

az macron 2018

Dünya Çempionatının 2018-ci ildə keçirilən final oyunu Fransanın Xorvatiya yığması üzərində 4:3 hesablı qələbəsi ilə başa çatmışdı.

az 2018 dunya kupasi

Argentina penaltilər seriyasında Fransaya qalib gəlib

Makronun həyəcanlandığını göstərən foto Argentina və Fransa arasında Qətərdə keçirilən final oyununda ortaya çıxıb.

Argentina millisi rəqiblərinə qarşı həyəcanlı penaltilər seriyasında qələbə qazandıqdan sonra 2022-ci ilin futbol üzrə dünya çempionatının qalibi olub.

Dekabrın 18-də Qətərin Lusail stadionunda oyunun əlavə vaxtının sonunda komandalar 3-3 hesabla bərabərə qaldıqdan sonra Argentina Gonzalo Montielin vurduğu zərbə ilə 4-2 hesablı qələbə qazandı.

Çemoionatdan öncə bütün gözlər Argentina yığmasının hücumçusu Leonel Messi ilə Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoda idi. Futbol azarkeşlərinin çoxu bu iki komanda arasında final oyunu xəyal etsələr də, portulqaiya millisi 1/4 finalda  Mərakeş millisinə 1-0  uduzaraq çempionatı tərk etdi.

Bu mundialın Messinin də, Ronaldonun da son mundialı olacağı ehtimallar arasındadır.

Faktlar

  • Fransa prezidenti Emmanuel Makronun Argentina və Fransa arasında final oyunu zamanı sevindiyini əks etdirən fotonun 2022-ci il Dünya Çempionatına aid olduğuna dair sübut yoxdur.
  • Fotonun 2018-ci ildə çəkildiyinə dair xeyli dəlil var.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Demokrat, 18/12/2022
Azinforum, 19/12/2022
Piri Fani, 309 etkileşim aldı. 18/12/2022
Agnes C.Poirier-Twitter, Agnes Poirier, 15/07/2018
Getty Images, Emmanuel Macron Russia World Cup 2018, 15/07/2018
FIFA, Arjantin Fransa, 18/12/2022
AlJazeera, 2022 World Cup, 19/12/2022
Twitter, Darren Rovell, 15/07/2018
hamısını göstər