Makrona şillə vurulduğu videonun yeni olduğu iddiası

Makrona şillə vurulduğu videonun yeni olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Görüntülər Makronun 2021-ci ilin iyununda Drome səfəri zamanı çəkilib.

Prezident Makrona hücum edən şəxs 29 yaşlı kişi Fransa vətəndaşı Damien Tareldir.

Sosial şəbəkələrdə və saytlarda qadın etirazçının Fransa prezidenti Emmanuel Makrona şillə vurması ilə bağlı video bu günlərə aidmiş kimi paylaşılıb.

Kadrlarda yaşıl köynəkli uzun saçlı şəxsin sağ əli ilə Makronu şillələdiyi görünür.

az macron sille

Yayılan video yeni deyil

Videodan götürülmüş hissələrlə Google-da tərs foto axtarışı edildiyi zaman, Anadolu Agentliyinin 8 iyun 2021-ci il tarixli xəbərinə rast gəlirik.  Xəbərdə Makronun Drom bölgəsinə səfəri zamanı ona sillə vuran şəxsin Avropa Tarixi Döyüş Sənəti (HEMA) ustası olduğu bildirilir.

Bu məlumatlara əsaslanaraq Google-da fransızca “Makrona sillə vurulması” sözləri ilə axtarış edirik. Midi Libre-dəki xəbərlərdə, Damien Tarel adlı 29 yaşlı fransalı kişinin 8 iyun 2021-ci ildə Drome səfəri zamanı Makronu şillələdiyini öyrənirik.

Midi Libre-dəki hücumun görüntüləri iddianın mövzusu olan video ilə üst-üstə düşür.

az midi libre min

Sözügedən görüntüləri Youtube-da axtardığımız zaman hücumun müxtəlif bucaqlarından çəkilmiş görüntülərə çatmaq mümkündür.

az bfmtv min

BFMTV-dən hücum anının ekran görüntüsü

az le figaro min

Le Figaro-dan hücum anının ekran görüntüsü

Hücumu həyata keçirən Tarel 2021-ci il iyunun 10-dan həmin ilin sentyabrın 11-dək Valens həbsxanasında saxlanılıb. Onun 18 aylıq cəzası 2022-ci il noyabrın 2-də Qrenobl Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanıldı. Bundan başqa, o, 3 il müddətinə vətəndaşlıq, mülki və ailə hüquqlarından məhrum etmə və icazə şərti ilə silah gəzdirmə cəzasına məhkum edilib.

Məhkəmə zamanı Tarel peşman olmadığını bildirib.