LEGO şirkətinin Azov-a həsr etdiyi yeni fiqurlar hazırladığı iddiası

LEGO şirkətinin Azov-a həsr etdiyi yeni fiqurlar hazırladığı iddiası

Yanlış Yanlış

Faktlar

LEGO, şirkət siyasətinə uyğun olaraq realist silah və hərbi təhçizat fiqurları hazırlamır.

Dizaynı edən lego pərəstişkarı Andrew Becraft, Ukrayna üçün hazırladığı fiqurları xüsusi çap ilə hazırladığını bildirib.

Teyit LEGO-ya rəsmi müraciət edib, şirkət açıqlamasında bu fiqurların LEGO tərəfindən hazırlanmadığını və şirkət ilə əlaqəsi olmadığını bildirib.

Xəbər saytlarında yayılan məlumatda, oyuncaq şirkəti LEGO-nun Azov əsgərlərinə həsr etdiyi yeni fiqurlar hazırladığı iddia edilib.

azov lego iddia ekrani

Fiqurları hazırlayan lego pərəstişkarıdır

İddianı araşdırmaq üçün fotoları əks axtarış üsulu ilə araşdırdıqda ilk dəfə Andrew Becraft adlı Twitter istifadəçisi tərəfindən iyulun 21-də paylaşıldığını görürük. O, paylaşımın sonunda bu fiqurların rəsmi Lego məhsulları olmadığını vurğulayıb.

21 iyul lego fiqurlarinin orijinal paylasimi

Becraftın hesabında lego ilə bağlı paylaşımlarını araşdırdıqda daha əvvəl də 15 iyul 2022-ci ildə də Ukraynaya həsr edilmiş fiqurlar paylaşdığını görürük. Bu paylaşımın şərhlərində Becraft, fiqurları adi lego parçaları, BrickArms-ın istehsal etdiyi parçalar və xüsusi çap kombinasiyası ilə hazırladığını deyib

2006-cı ildə qurulmuş BrickArms şirkəti LEGO-nun istehsal etmədiyi realist oyuncaq silahlar istehsal edir. Şirkətin qurucusu Will Chapmanin müsahibəsinə əsasən, LEGO-nun bu siyasəti BrickArms üçün faydalı olsa da LEGO həmin parçaları nə tanıyır nə də təsdiqləyir.

LEGO şirkəti Reuters-a və France24-ə açıqlamasında Azov fiqurlarının şirkətin rəsmi məhsulları olmadığını bildirib. Teyit də mövzu ilə bağlı LEGO şirkətinə rəsmi müraciət edib, şirkət açıqlamasında bu fiqurların LEGO tərəfindən hazırlanmadığını və şirkət ilə əlaqəsi olmadığını bildirib.

Becraft haqqında araşdırma apardıqda Lego pərəstişkarları üçün yaradılmış Brothers Brick saytının qurucusu olduğunu görürük. Brothers Brick-in internet səhifəsində də Ukraynaya həsr edilmiş lego fiqurları haqqında xəbərlərə yer verilib. Bunlardan biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin və molotov kokteyllərinin oyuncaq fiqurlarıdur. Xüsusi lego parçaları çap edən Citizen Brick-in təşəbbüsü ilə bu fiqurlar sayəsində Ukraynalılara yardım etmək üçün 145 min dollar toplandığı qeyd olunub.

zelenski ucun hazirlanmis fiqur

LEGO realist hərbi fiqurlar hazırlamır

LEGO-nun rəsmi internet səhifəsində açar sözlərlə axtarış etdikdə realist hərbi lego parçaları olmadığını görürük.

legonun resmi saytindaki axtaris neticeleri

Bunun səbəbi isə LEGO-nun apardığı siyasətidir. Daha əvvəl də LEGO rəsmiləri fərqli açıqlamalar verərək şirkətin realist silah və hərbi təhçizat fiqurları istehsal etmədiyini bildirib. Rəsmi açıqlamalarda bu siyasətin səbəbi, uşaqlara təqdim edilən təcrübənin fantaziya dünyasında qalmasına üstünlük vermək və markanın etik, zərərli və yaxud münaqişələri ucaldan davranışlarla əlaqələndirilməsini istəməmək kimi izah edilib. 

Hətta 2020-ci ildə LEGO şirkəti hərbi nəqliyyat təyyarəsi olan “Bell V-22 Osprey” istehsal etsə də qısa müddət ərzində açıqlama verərək satışın dayandırıldığını bildirilib. Şirkətin rəsmi açıqlamasında, oyuncaq dəstində bu təyyarənin axtarış və xilasetmə əməliyyatlarındakı rolu vurğulansa da, Osprey sadəcə ordu tərəfindən istifadə edildiyi üçün uzun müddətdir ki, davam edən LEGO siyasətinə zidd olmasın deyə satışın dayandırıldığı bildirilib.

Müxtəlif dillərdə yayılan iddia daha əvvəl Reuters, France24 tərəfindən də araşdırılıb.