Xəbər saytlarında geniş şəkildə yayılan məlumatda, Geert Vanden Bossche adlı şəxsin Covid-19 peyvəndləri ilə bağlı iddialarına yer verilib. Xəbərlərdə, Bossche adlı şəxsin virusoloq olaraq, Covid-19 əleyhinə hazırlanan və beynəlxalq tibb qurumları tərəfindən təsiri təsdiqlənmiş peyvəndləri təcili dayandırmağa çağırdığı, peyvəndlərin qlobal fəlakətə yol açacağı kimi iddialara yer verilib.
İddianın yayılmasından bir neçə gün əvvəl sayt və Twitter hesabı açılıb
Sözügedən şəxsin adını araşdırdıqda 2021-ci ilin mart ayında açdığı Twitter hesabında 6 mart 2021 tarixində həmin məktubu paylaşdığını görürük. Paylaşıma əlavə edilmiş pdf faylı açdıqda beş səhifəlik bir yazı ilə qarşılaşırıq. Lakin bu yazı xəbər saytlarında iddia edildiyi kimi elmi iş deyil. Beş səhifəlik yazıda qeyd olunan iddiaların heç birində hər hansı bir elmi araşdırmaya və ya elmi məqaləyə yer verilməyib. Bunun əvəzinə hər səhifənin sonunda həmin şəxsin LinkedIn hesabının linki verilib.
Paylaşımdan sadəcə bir neçə gün əvvəl açılan Twitter hesabında diqqət çəkən digər məqam da həmin tweet paylaşımından 9 gün sonra Bosschenin açdığı şəxsi veb saytdır. Bossche tərəfindən sosial mediada paylaşılan iddialar həmin saytdan da yayılır. Domain məlumatları saytın 15 mart 2021 tarixində açıldığını göstərir.
Saytın açıldığı tarix haqqında məlumat
Peyvənd mutasiyaya səbəb olmur əksinə yoluxmanı azaldır
Bossche tərəfindən yayınlanan məktubda iddiaya görə Covid-19-a qarşı hazırlanan peyvəndlər Covid-19 virusu digər viruslara nisbətən daha tez mutasiyaya uğrayır. Covid-19 əleyhinə hazırlanan peyvəndlərin isə virusun daha sürətli və daha qorxulu mutasiyaya uğramasına səbəb olaraq fəlakətə yol açacağını iddia edir. Bosschenin iddiasına görə kütləvi peyvəndləşmə immunitet sistemini zəiflədir və dünyada fəlakətlərə səbəb olacaq. Bossche beş səhifəlik yazısında bu iddiaların heç birini elmi araşdırmalara və ya sübutlara əsaslandırmır.
İddialar yanlışdır, Covid-19 virusunun mutasiyayaya uğraması digər bir çox virusa görə daha yavaşdır. Viruslarda daim mutasiya baş verir. Əslində mutasiya virusun genetik kodundakı bir dəyişiklikdir. Covid-19 da bir RNT (Ribonucleic acid) virusu olaraq mutasiyaya uğrayır. Lakin iddianın əksinə Covid-19 digər HIV kimi digər RNT viruslarına görə daha yavaş mutasiyaya uğrayır. Eləcə də iddia edildiyi kimi Covid-19 peyvəndlərinin sürətli və təhlükəli yeni variantlara yol açdığını göstərən hər hansı bir araşdırma və ya sübut yoxdur. Əskinə, Covid-19-un ilk variantının ortaya çıxdığı tarix, virus əleyhinə kütləvi peyvəndlərin başlamasından da əvvələ aiddir.
Peyvəndlərin Covid-19 virusuna qarşı insanları qoruduğu və təsirli olduğu sübut olunub. Virus yayıldıqca onun mutasiayaya uğrama və yeni variantların ortaya çıxma ehtimalı da yüksəlir. Covid-19 əleyhinə kütləvi peyvəndləşmə, virusa qarşı qorumaqla birlikdə mutasiya və yeni variantların ortaya çıxmasının da qarşısını ala bilər.
Peyvəndlər xəstəlikdən daha əsaslı müdafiəni təmin edir
İnsanlar bir xəstəliyə qarşı immuniteti iki yolla qazanır, biri xəstəliyə yoluxaraq, digəri isə peyvənd vurduraraq. Bədən həmin xəstəliyə yoluxduqda bu virusa qarşı vücudda antitel yaranır və yenidən bu virusa yoluxma ehtimalını azaldır. Lakin peyvəndlər vücudun infeksiyaya məruz qalmadan spesifik xəstəliyə qarşı antitel yaratmasına kömək edir. Elm adamları immunitetin hansı yolla daha qoruyucu olduğunun virusun növünə görə dəyişdiyini deyir. Covid-19 xəstəliyinə yoluxan insanlarda yaranan antitel ilə bağlı araşdırmalar, yoluxmadan 1-3 həftə sonra antitel yarandığını göstərir, sağalan insanlarda antitelin nə qədər qalacağına dair isə hələlik kifayət qədər araşdırma olmasa da Science jurnalında ən son araşdırma səkkiz ay ola biləcəyi təxmin edilir. Lakin antitelin sağalan şəxsdə nə qədər qalacağı həmin şəxsin xəstəliyi nə qədər ağır keçirib keçirmədiyinə görə də dəyişir. Covid-19 virusuna qarşı peyvənd yolu ilə immunitet qazanmaq, xəstəliyə yoluxaraq immunitet qazanmaqdan daha az risklidir. Pandemiyaya çevrilən və insandan insana yoluxan Covid-19 virusu insan həyatı üçün təhlükəli olduğu kimi virusa yoluxmuş insanlarda qalıcı zərərlər də buraxa bilər. Bu səbəblə virusa qarşı immunitet qazanmaq və pandemiyanın qarşısını almaqda kütləvi peyvəndləşmənin rolu vacibdir.
Tarix kütləvi peyvəndləşmənin faydalı olduğunu göstərir
Əslində tarixdəki digər kütləvi peyvəndləşmə prosesləri də xəstəliklərin qarşısının kütləvi peyvənd ilə alına biləcəyini sübut edib. Məsələn, 1989-cu ildə ABŞ-da ortaya çıxan qızılca epidemiyasında da , qulaqdibi (parotid) epidemiyasında da eyni strategiya tətbiq olunmuş və peyvəndlər nəticəsində xəstəliyin qarşısı ciddi şəkildə alınmışdı. Tarix kütləvi peyvənləşmənin xalq sağlığı üçün faydalı olduğunu göstərib.
İnternetdə yayılan iddia bir çox fakt yoxlama qurumları tərəfindən yanlış olduğu sübutlar ilə ortaya qoyulub.