Mart ayında Bakı Vaxtı adlı Facebook səhifəsində Abdullah Çiftçinin Halk Tv-ə verdiyi açıqlama videosu paylaşıldı. “Koronavirus haqqında şok məlumat- bu bir testdir” başlığı ilə paylaşılan video 67 min dəfə izlənildi və min nəfərdən çox istifadəçi tərəfindən paylaşıldı.
Lakin iddia ilə əlaqədar hər hansı bir dəlil yoxdu. Koronavirusun sosyal bir təcrübə olduğu iddiası, bu virusun laboratoriyada hazırlandığı iddiasının olduğu konspirasiya nəzəriyyələri ilə eyni kateqoriyadadır. Bu iddialar dəlillərlə dəstəklənmir, ancaq digər analizimizdə də qeyd etdiyimiz kimi araşdırmalar yeni koronavirusun (Covid-19) daşıyıcı bir heyvan vasitəsiylə insanlara yoluxduğu və sonra da insandan insana yoluxduğu məlumatını təsdiqləyir.İlk dəfə 1960-cı illərdə müəyyən edilən koronavirusların daha sonralar Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi xəstəliklərə yol açdığı məlum olmuşdu. Covid-19 olaraq adlandırdığımız SARS-CoV-2 eyniylə SARS və MERS kimi insan koronavirusları arasındadır və həyatımıza təzəlikcə girib. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) da xəstəliyin yeni ortaya çıxdığını hər fürsətdə dilə gətirir.
Videoda yeni koronavirusun (Covid-19) sosyal bir təcrübə aparmaq məqsədi daşıdığı deyilir. Bunu iddia edən şəxs iddiasını bir neçə maddələr ilə əsaslandıraraq sıralayır. İddiaya görə yeni koronavirus rəqəmsal bir dünyaya keçid etmək üçün olan sosyal bir təcrübədir. İddiada toxunulan bəzi mövzulara ayrılıqda nəzər keçirək.
Nağd pul dünyasından elektron pullara keçid
Videoda sosyal təcrübə məqsədi daşıdığı əsaslandırılırkən səbəblərdən biri nağd pul istifadə edən bir cəmiyyətdən elektron valyuta istifadə edən bir dünyaya keçmək göstərilir. Buna nağd pul yerinə elektron valyutalar və ardından kripto valyutaların istifadə edilməsinin yayılması məqsədi də əlavə edilir.
Statista tərəfindən verilən məlumatlara istinadən 2017-ci ildə rəqəmsal ödəmələr 2 milyon 526 min 649 ABŞ dolları ikən 2019-cu ildə bu miqdar 3 milyon 858 min 585 ABŞ dollarına çatır.
Kripto valyutalarla bağlı deyilənlərə gəldikdə isə blokzəncirində ilk kripto valyuta olan Bitcoin 2008-ci il dünyada yaşanan iqtisadi böhranın ardından ortaya çıxdı. Yəni bu valyutalar cəmiyyət üçün yeni deyil. Bundan əlavə bazarda Bitcoindən sonra ortaya çıxan 5 min 531 növ kripto valyuta mövcuddur.
Yenə Statista-ya istinadən yeni koronavirusun dünyaya yayıldığı ölkə olan Çin rəqəmsal ödənişlərə görə aparıcı rol oynayır. Belə ki, Statista 2020-ci ildə Çinin qlobal rəqəmsal əməliyyat həcminə görə 1 milyon 920 min 536 ABŞ dolları ilə birinci sırada gəldiyi praqnozunu verir.
2020-ci ilin başlarında Çin və Cənubi Koreya yeni koronavirusun pullarla yayılma ehtimalını nəzərə alaraq 14 gün karantində saxlamaq, sterilizə etmək kimi bir sıra tədbirlər gördü.
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) 17 aprel 2020 tarixində Twitter səhifəsində
“Covid-19 metal və kağız pul yoluyla yoluxa bilərmi?” sualını bir şəkil ilə cavablandırdı. WHO virusun pul yoluyla yayıldığına dair sübut və ya əksini göstərən araşdırma olmadığı üçün insanları diqqətli olmağa və əllərini tez-tez yumağa çağırdı. Qurum CNBC’ə verdiyi açıqlamada insanları təmasız ödənişlərdən istifadə etməyə təşviq etdikliklərinə dair yayılan məlumatlara baxmayaraq, nağd puldan istifadə ilə bağlı heç bir xəbərdarlıq və ya bəyanat vermədiklərini vurğuladı.
Bundan əlavə WebMD tərəfindən paylaşılan məlumata istinadən Covid-19 metal əşyalarda 5 günə qədər, kağızda isə bəzən bir neçə dəqiqə bəzən isə 5 günə qədər qala bilir.
İddia edildiyi kimi Ümumdünya Səhiyyə Təşkilatı (WHO) insanları nağd istifadə etməməyə çağırmayıb sadəcə əskinaslara toxunduqdan sonra əllərini yumağı məsləhət görüb.
Online təhsil koronavirusdan da əvvəl geniş tətbiq edilirdi
Videoda yeni koronavirusun rəqəmsallaşmaq üçün sosyal bir təcrübə olduğu iddia edilərkən əsaslandırılan məsələrdən biri də online təhsil və uzaqdan işləmək idi. Ancaq datalara baxdıqda bunların dünyada yeni olmadığı və Covid-19-dan əvvəl də aktiv olaraq istifadə edilən bir metod olduğunu görürük. Təkcə yeni koronavirusun ən çox yayıldığı ölkə Amerika Birləşmiş Ştatlarında uzaqdan işləmək 2005-ci ildən 2017-ci ilə qədər uzaqdan işləmək 159% artıb. 2015-ci ildə ABŞ-da 3 milyon 900 min işçi uzaqdan işləyib və bugünkü rəqəm 4 milyon 700 minə yüksələrək ümumi əhalinin 3,4%-ini təşkil edir.
Online təhsilə gəldikdə isə datalar göstərir ki, təkcə 2017-ci ildə 5,7 milyon tələbə özəl və dövlət qurumlarında müəyyən dərəcədə distant təhsildə iştirak etdi.
Çip iddiaları yeni deyil
Yeni koronavirusun qarşısını almaq üçün bir çox ölkə və şirkətlər tədbirlər görür. Lakin dünyanın bir çox yerində olan peyvənd əleyhinə fikirlər də bu mövzuyla birlikdə gündəmə gəldi. Peyvənd hazırlandıqda Bill ve Melinda Gates Qurumunun bunu Afrikada yaşayanların üzərində test etməyi planladığı və əslində insanlara elektronik çiplər taxıla biləcəyi iddia edildi. Bu iddianın yanlış olduğu daha əvvəl fakt yoxlama qurumu olan FactCheck.org tərəfindən təsdiqləndi.
Bu videoda da bənzər şəkildə hazırda “biometrik çiplər” üçün hazırlıqların olduğu, insanlara koronavirusdan qorunmaq üçün “biometrik çip”-lər yerləşdirmək təklif ediləcəyi və Ümumdünya Səhiyyə Təşkilatı (WHO) tərəfindən bunun tövsiyyə ediləcəyi iddia edildi. Lakin iddia edildiyi kimi “biometrik çip” hazırlıqları olduğuna dair rəsmi açıqlama yoxdur. Ümumdünya Səhiyyə Təşkilatı (WHO) saytında da yer alan 2011-2020-ci illəri əhatə edən Qlobal Peyvənd Tədbir Planında “çip” və ya “biometrik çip” ifadələrinə də rast gəlinmir. Yeni koronavirus ortaya çıxdıqdan sonra da qurum peyvəndlə əlaqədar hər hansı çiplərdən bəhs edən açıqlama yayınlamayıb. Bu iddia haqqında yenə hərhansı bir dəlil və ya açıqlama ortaya qoyulmayıb, iddia əsassızdır. İddianın Bill Gates çipləri iddiasıyla bənzər olduğunu nəzərə alsaq elektronik mikroçiplərin gündəmə gəlməsində Bill Gates’in “rəqəmsal sertifikat” ifadəsi təsir etmişdi. Əslində Gatesin bəhs etdiyi rəqəmsal sertifikat evdə edilən testlərə çıxışı genişləndirmək məqsədiylə açıq qaynaqlı bir rəqəmsal platforma hazırlamaq məqsədi daşıyırdı. Yəni söhbət elektron çipdən getmirdi. Bill Gates Reuters-a verdiyi açıqlamada iddiaların gerçək olmadığını dilə gətirmişdi.
Nəticə
Çinin Uhan şəhərində 2019-cu ilin sonunda ortaya çıxan yeni koronavirusun bir təcrübə olduğu və 21-ci əsr rəqəmsal cəmiyyətə keçid etmək üçün 4-cü sənaye inqilabının test edildiyi iddiası əsassızdır. Videoda rəqəmsallaşma, elektron və kripto valyutalar, online təhsil və uzaqdan işləmək kimi mövzular Covid-19 pandemiyası ilə əlaqələndirilir. Covid-19-un test (təcrübə) məqsədi daşıdığı rəsmi araşdırmalar və ya rəsmi qurumların açıqlaması ilə əsaslanmır hətta bu virusun heyvan mənşəli olduğunu göstərən elmi araşdırmalar ilə uyğunlaşmamaqdadır. Videoda bəzi reallıqlar məsələn dünyada kripto valyutalara olan marağın artması, böyük universitetlərin online təhsilə fokuslanması və ya dünyadakı şirkətlərin iş proseslərini online mühitə daşıması kimi reallıqlar fərqli və yanlış şəkildə şərh edilib. Əsası olmayan bu maddələr hamısı konspirasiya nəzəriyyələrinin bütün xüsusiyyətlərinə malikdir.