Koronavirusun suni yaradıldığı və zoonotik olduğuna dair fakt olmadığı iddiası

Koronavirusun suni yaradıldığı və zoonotik olduğuna dair fakt olmadığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Hamburq Universitetinin professoru tərəfindən yazılam məqalədə koronavirusun suni yaradıldığı deyil, laboratoriya qəzası ilə ortaya çıxdığı iddia olunub.

Məqalə üzərində yayınlanan yazılar üçün məsuliyyət daşımadığını bildirən və müəyyən akademik test mərhələləri şərti qoymayan ResearchGate saytında yayınlanıb.

DW-ə danışan Avstriyalı fizik və naşir Florian Aigner, Roland Wiesendanger tərəfindən yazılan məqalədə bir akademik araşdırmanın sahib olmalı olduğu ən təməl iki kriterianı daşımadığını vurğulayıb.

Hamburq Universitetinin tələbə komitəsi də hesabından paylaşdığı tweet ilə bu məqalənin bir universitetdən gözlənilən elmi kriteriaları qarşılamadığı və bunun yerinə konspirasiya nəzəriyyələrinə yer verdiyi yönündə tənqid edib.

Koronavirusun genom ardıcıllığına əsasən aparılan araşdırmalar zonootik olduğunu göstərib.

Uhan Virologiya İnstitutunun laboratoriyası dördüncü bio təhlükəsizlik səviyyəsinə sahibdir, virusun laboratoriyadan yayıldığını göstərən hər hansı bir sübut yoxdur.

ÜST, Çinə səfərindən sonra “laboratoriya qəzası” nəzəriyyəsinin çox az ehtimal olmaqla birlikdə, qurumun virusun mənşəyinə dair daha spesifik araşdırma etməli olduğunu açıqladı.

Laboratoriyalarda virusların araşdırıldığı bilinir, lakin bunun məqsədə dünyaya yeni bir “pandemiya” yaymaq deyil, virusların mexanizmalarını öyrənmək və peyvənd hazırlamaqdır.

İddianın əksinə koronavirusa ilk yoluxan şəxs Uhan Virologiya İnstitundan bir araşdırmaçı deyil, “sıfır xəstə” deyilən ilk Covid-19-a yoluxan şəxsin kimliyi müəyyən deyil və ÜST “bəlkə də heç vaxt müəyyən olmayacağını” açıqladı.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Almaniyada aparılan bir araşdırmanın koronavirusun “suni yaradıldığı” nəticəsinə gəldiyi iddia olundu.

koronavirus suni iddiasi azteyit

Məqalə virusun suni yaradıldığını iddia etmir

Mənbə olaraq Almaniya Hamburq Universitetində işləyən bir professor Roland Wiesendanger tərəfindən yayınlanan məqalə göstərilib. Hamburq Universitesinin saytında yazılan təqdimat yazısında da professor tərəfindən qələmə alınan bu məqalənin iddialara hər hansı bir sübut ortaya qoymadığı, sadəcə bir neçə mənbəyə əsaslanaraq hazırlandığı vurğulanıb. Lakin sosial şəbəkədə paylaşılan yazının başlığında da əks etdirilən “suni yaradılıb” iddiası yanlışdır. Nə mənbə olaraq göstərilən məqalə koronavirusun suni yaradıldığını iddia etmir, nə də elmi araşdırmalar bu iddianı dəstəkləmir. Məqalənin tanıtım yazısında da görürük ki, ələ aldığı mövzu koronavirusun mənşəyidir, məqalə koronavirusun “suni yaradıldığı” iddiası üzərində deyil, “laboratoriya qəzası” olma iddiası üzərində dayanıb. 

Koronavirusun zoonotik olduğuna dair sübutlar var

Yazıdakı iddialardan biri koronavirusun zoonotik olduğuna dair sübut olmadığı iddiası idi. Koronaviruslar heyvanlarda və insanlarda xəstəliyə səbəb olan böyük bir virus ailəsinə mənsubdur. Bəzi koronavirus növləri insanlarda adi soyuqdəymədən tutmuş 2013-cü ildə ortaya çıxan Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi ağır tənəffüs yolu infeksiyalarına  səbəb olur. 2019-cu ilin sonunda aşkarlanan koronavirus isə yoluxucu Covid-19 (SARS-CoV-2) xəstəliyinə səbəb olur. Bir virusun mənşəyini müəyyən etmək üçün genom ardıcıllığına baxmaq vacibdir. SARS-CoV-2-nin  genom ardıcıllığına dair aparılan bütün araşdırmalar göstərdi ki, virus ekoloji mənşəyə sahibdir. Virus əgər laboratoriyada genetik olarak yaradılmış olsaydı genom ardıcıllığına baxdıqda bu anlaşılacaqdı. Lakin Ümumdünya Səhiyyə Təşkilatı da, elmi araşdırmalar da Covid-19-un laboratoriyada hazırlanmadığı, ekoloji mənşəyə sahib olduğunu ortaya qoydu. Digər yandan Nature Medicine-da 2020-ci ilin mart ayında yayınlanan bir məqalədə də  virusun MERS və SARS ilə eyni ailədən olduğunu və təbii bir mutasiya ilə ortaya çıxdığını genetik datalar ilə göstərib

Laboratoriya qəzasına dair hələlik fakt yoxdur

Pandemiya başladığından bəri Uhan şəhərində yerləşən Uhan Virologiya İnstitutu ilə bağlı iddialar da gündəmə gəldi. Bəzi iddialar virusun laboratoriyadakı bir qəza nəticəsində sızmış ola biləcəyi üzərinə idi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2021-ci ildə Çinin Uhan şəhərinə ziyarət etdi. Koronavirusun ortaya çıxması ilə bağlı araşdırma aparan qurum Covid-19-un Çindəki “bir laboratoriyadan sızmış ola biləcəyi ehtimalının çox az” olduğunu, əldə olunan ilk faktların virusun insanlara ara qonaqçı bir heyvandan bulaşdığı ehtimalını dəstəklədiyini, lakin heyvandan insana keçid dövrü ilə bağlı dəqiq məlumata sahib olmaq üçün daha spesifik araşdırma aparmalı olduqlarını açıqladı

Eləcə də, Uhan Virologiya İnstitutu ilə bağlı “laboratoriya qəzası” nəticəsində sızma teoriyası da ortaya atılıb. İddialardan birində institutun koronavirusu daha təhlükəli hala gətirmək üçün araşdırma apardığı iddiası idi. Virologiya institutlarının laboratoriyalarında virusların araşdırıldığı bilinən bir faktdır, lakin bu araşdırmalar dünyaya hansısa virusu yaymaq məsqədilə deyil, virusların mexanizmalarını öyrənmək və viruslara qarşı peyvəndlər hazırlamaq məqsədilə həyata keçirilir. Laboratoriyalar müəyyən bio təhlükəsizlik səviyyələrinə uyğun halda fəaliyyət göstərir. Bu təhlükəsizlik səviyyələri BSL (bio-safety level)  kodu və ya P kodu ilə 1-dən 4-ə qədər sıralanır (P1, P2, P3, P4; BSL-1, BSL-2 , BSL-3 , BSL- 4). 4-cü səviyyəyə sahib olan laboratoriyalarda aerosolla yoluxa bilən, ölümcül xəstəliklərə səbəb olan, peyvəndi və ya müalicəsi olmayan təhlükəli mikroorqanizmlər araşdırılır. Bu növ laboratoriyalarda xüsusi geyimlərdən və təhlükəsizlik tədbirlərindən istifadə olunur.

500virus

Uhan Virologiya İnstitutu P4 laboratoriyasında işləyənlər. Foto: Johannes Eisele/AFP/Getty Images

“Patient zero” hələ də məlum deyil

Uhan Virologiya İnstitutu da BSL-4 (P4 də deyilir) yəni dördüncü bio təhlükəsizlik səviyyəsinə malik olan laboratoriyalardan biridir. İnstitut ilə bağlı təhlükəsizlik tədbirlərinin qeyri-kafi olduğu sənədləşdiyi iddia olunsa da fakta əsaslanan rəsmi bir açıqlama yoxdur. İlk Covid-19-a yoluxan şəxsin Uhan Virologiya İnstitutundan bir araşdırmaçı olduğu iddiası isə yanlışdır. 2020-ci ildə də gündəmə gələn bu iddianın yanlış olduğu ortaya qoyulmuşdu. “Patient zero” olaraq da adlandırılan ilk xəstənin kimliyi hələ də məlum deyil. Çinə ziyaret edən Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri, ilk yoluxma mənasına gələn “sıfır xəstə” terminini istifadə edərkən diqqətli olmağa çağırır. Qurum “bəlkə də sıfır xəstəni heç vaxt müəyyən edə bilməyəcəyimizi” söyləyərək, “elmin arxasınca getməyin vacibliyini” vurğulayıb. Bundan əvvəl də qurum verdiyi açıqlamalarda ilk yoluxmanın müəyyən olmadığı lakin virusun ekoloji mənşəyə sahib olduğunun dəqiq olduğunu vurğulamışdı.

Hamburq Universitetində işləyən professor Roland Wiesendanger tərəfindən yazılan məqalə ResearchGate adlı saytda dərc edilib. ResearchGate üzərində yayınlanan yazılar hər zaman elmi araşdırma olmaq məcburiyyətində olmadığı kimi, saytın bir bölümündəki məlumatlandırma mətnində saytda dərc olunan məqalələrə görə məsuliyyət daşımadığı vurğulayıb. Hamburq Universitetinin tələbə komitəsi universitetin saytında yayınlanan bu yazının “bir universitetdən gözlənilən elmi araşdırma kriteryalara uyğun olmadığı və bunun yerinə konspirasiya nəzəriyyələrinə yer verdiyi” yöndə təndiq edib. Məqalənin elmi əsasa sahib olmadığına və əsassız iddialar irəli sürməsini vurğulayan bir neçə yoxlama yazıları da dərc edilib. DW-a açıqlama verən avstriyalı fizik və naşir Florian Aigner, məqalənin bir akademik araşdırmanın sahib olmalı olduğu ən təməl iki kriterianı qarşılamadığını bildirib.

Nəticə

SARS-CoV-2-nin mənşəyi hələlik dəqiq olaraq müəyyən edilməyib. 2021-ci ildə Uhana ziyarət edən Ümumdünya Səhiyyə Təşkilatı heyəti də dəqiq bir hesabat hələlik yayınlamayıb. Lakin ÜST Çinə səfərindən sonra verdiyi açıqlamalarda laboratoriyada bir qəza və ya sızıntı olmuş olma ehtimalının da çox az da olsa masada olduğunu bildirib. Əldə olunan məlumatlardan heç biri virusun tamamilə suni şəkildə hazırlandığı və ya yaradıldığını göstərmir. İlk xəstənin Uhan Virologiya İnstitutundakı bir araşdırmaçı olduğu iddiası isə yanlış olduğu kimi hələlik ilk xəstənin kim olduğu məlum deyil. Nəticə etibarilə, koronavirusun (SARS-COV-2) “suni şəkildə yaradıldığı” iddiası elmi bir əsası olmadığı kimi yanlış məlumatın ən çox yayılmış yeddi növündən biri olan uydurma kategoriyasına aiddir. Virusun genom ardıcıllığı sayəsində zoonotik olduğu müəyyən edilib, bu səbəblə koronavirusun zoonotik olduğuna dair sübut olmadığı iddiası da yanlışdır. Qəza nəzəriyyəsi ÜST-ə əsasən cuzi bir ehtimal olmaqla birlikdə, virusun Uhan laboratoriyasındakı bir qəzadan qaynaqlandığını göstərən fakt yoxdur. Elmi araşdırmalar nəticə verdikdən sonra analiz yenilənərək yeni məlumatlar əlavə edilə bilər.