Koronavirusun laboratoriya məhsulu olduğu iddiası

Koronavirusun laboratoriya məhsulu olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Koronavirusun laboratoriya məhsulu olduğu iddiası yanlışdır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 23 aprel 2020 tarixli hesabatında faktların laboratoriyada hazırlandığı ehtimalını dəstəkləmədiyini bildirdi.

2020-ci il mart ayında yayınlanan araşdırmaya görə Covid-19 genetik səviyyədə yarasa koronavirusu ilə 96% eynidir.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Koronavirusun yayılması ilə birlikdə əsası olmayan iddialar və sosial media paylaşımları da arttı. Bu iddialardan biri də koronavirusun təbii şəkildə deyil bir laboratoriyadan yayıldığı iddiasıdır. 

koronavirus yayilim iddialari

Koronaviruslar heyvanlarda və insanlarda xəstəliyə səbəb olan böyük bir virus ailəsinə mənsubdur. Bəzi koronavirus növləri insanlarda adi soyuqdəymədən tutmuş 2013-cü ildə ortaya çıxan Yaxın Şərq Tənəffüs Sindromu (MERS) və Ağır Kəskin Tənəffüs Sindromu (SARS) kimi ağır tənəffüs yolu infeksiyalarına  səbəb olur. 2019-cu ilin sonunda aşkarlanan koronavirus isə yoluxucu COVID-19 xəstəliyinə səbəb olur. 2019-cu il dekabr ayında Çinin Uhan şəhərində ortaya çıxan xəstəlik qlobal şəkildə Azərbaycan da daxil bir çox ölkəyə təsir etdi. 

Koronavirusun laboratoriya məhsulu olduğuna dair xəbər və sosial media paylaşımları yayınlandı. 

koronavirus yayilimi laboratuvarda uretildigi iddiasi aze

Trumpın laboratoriya iddiası

30 Aprel tarixində həyata keçirilən mətbuat konfransında Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump yeni növ koronavirusun (COVID-19) Uhan şəhərindəki bir laboratoriyadan çıxdığını iddia etdi. Jurnalistin “buna dair hərhansı bir sübutu olub olmadığı” sualına “bəli, var” deyə cavab verən ABŞ prezidenti bu sübutların nə olduğuna dair suala isə “bunu sizə deyə bilmərəm, buna icazəm yoxdur” cavabını vermişdi. ABŞ Xarici İşlər Naziri  Mike Pompeo da prezidentin dediyi iddiaları təkrarlayaraq koronavirusun Çin laboratoriyasında ortaya çıxdığını iddia etdi. Pompeo bununla bağlı “güclü sübut”a sahip olduğunu vurğuladı. Bu iddianın ardından Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu virusun iddia edilən mənşəyinə dair ABŞ hökumətindən hər hansı bir dəlil və ya məlumat almadıqlarını bildirdi. ÜST rəsmisi Dr Michael Ryan “sübut yönümlü bir qurum” olduqlarını vurğulayaraq virusun mənşəyini göstərən hər hansı bir məlumatı qəbul etməyə çox istəkli olacaqlarını da sözlərinə əlavə etdi.  Bundan əlavə o ÜST-ə bu iddialarla bağlı sübutlar verilmədiyi üçün iddiaların qurum üçün “mücərrəd” olaraq qaldığını ifadə edib.

ÜST: SARS-CoV-2 laboratoriyada hazırlanmayıb

ÜST 23 aprel 2020 tarixində yayınladığı hesabatda, araşdırmaçıların SARS-CoV-2-nin (koronavirus  SARS CoV-a bənzədiyi üçün belə adlandırılıb) genom xüsusiyətlərini yaxından tədqiq etdiyini və əldə edilən faktların laboratoriyada hazırlandığı ehtimalını dəstəkləmədiyini bəyan etdi.  Koronavirus xəstəliyi 2019 (COVID-19) Vəziyyətlə bağlı Hesabat – 94 adlı məqalədə ÜST koronavirusun laboratoriya məhsulu olmadığı faktını bu cür əsaslandırdı:

“SARS-CoV-2 yanvar ayının əvvəlində müəyyən edildi və genom ardıcıllığı 11-12 yanvar tarixlərində ictimaiyyət ilə açıqlandı. Erkən yoluxmalardakı SARS-CoV-2-nin tam genom ardıcıllığı  və daha sonra Çin başda olmaqla dünyanın həryerinə yayılan yoluxmalardan təcrid edilmiş bir çox digər virusun genetik ardıcıllığı göstərdi ki, SARS-CoV-2  yarasa toplusunda ekoloji bir mənşəyə sahipdir. Bugünə qədər əldə edilən bütün faktlar virusun təbii bir heyvan mənşəyinə aid olduğunu və manipulasiya yaxud hazırlanmış olmadığını dəstəkləyir. Bir çox araşdırmaçı SARS-CoV-2-nin  genom xüsusiyətlərini yaxından tədqiq etdi və əldə edilmiş faktlar  SARS-CoV-2-nin  laboratoriyada hazırlanmış olduğu fikrini dəstəkləmir. Əgər virus hazırlanmış olsaydı onun genom ardıcıllığı bilinən elementlərin qarışığını göstərəcəkdi. Belə bir hal qeydə alınmayıb.”

Nəticə

Koronavirusun laboratoriyada hazırlandığı iddiaları dəlillərə əsaslanmır. Həm ÜST tərəfindən həm də digərləri tərəfindən yayınlanan hesabatlarda araşdırmalar  koronavirusun (COVİD-19) heyvan mənşəli olduğunu göstərir.