Sosial şəbəkədə paylaşılan bir iddiada koronavirusun (Covid-19) ağciyərə enmədən öncə 4 gün yaşadığı iddia edildi. İddiada, "əgər belə bir dönəmdə bolluca su içərsə və ya duz, isti su və sirkə ilə qarqara edərsə, virus ağciyərə enmədən sovuşub gedər" cümləsinə yer verildi. İddia Facebook-da 361 dəfə paylaşıldı.
Lakin iddia doğru deyil. Koronavirusun dörd gün boğazda qaldığına dair hər hansı bir fakt mövcud deyil. Tövsiyyə edilən sirkə, isti su və duzun da Covid-19 ilə mübarizədə təsirli olduğu iddiası da elmi faktlara əsaslanmır.
Simptomlar və yaranma müddəti insandan insana dəyişə bilir
İngiltərə Milli Səhiyyə Xidməti, Xəstəliyə Nəzarət Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı və koronavirusun vücuda daxil olmasından sonra boğazda dörd gün qaldığını söyləyən hər hansı bir məlumat yoxdur. Simptomların xəstələrdəki forması və yaranma müddəti standart deyil. Üç qurum da xəstəliyin simptomlarını yüksək dərəcəli qızdırma, öskürək və nəfəs darlığı olaraq açıqlayır. Bundan əlavə, Xəstəliyə Nəzarət Mərkəzinin hazırladığı klinik hesabata görə öskürək, hər xəstədə görülən bir simptom deyil.
Bu yanlış məlumatlar, virus, xəstəlik və simptomların bir-birinə qarışdırılmasından da qaynaqlanır. Əgər öskürək və ya qızdırma kimi bir simptomunuz varsa, test nəticələriniz də müsbətdirsə, bu Covid-19 xəstəsi olduğunuz mənasına gəlir. Xəstəliyin simptomları virusun sizə yoluxmasından bir müddət sonra ortaya çıxır, buna isə inkubasiya dövrü deyilir. İnkubasiya dövrü hər xəstədə dəyişlik göstərə bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasına görə bu müddət 2-14 gün arasındadır. Yəni simptomlar ortaya çıxdığı zaman əgər test nəticəsi də müsbətdirsə, xəstəliyin vücudunuza necə bir təsir göstərəciyini müəyyən edən faktorlar arasında duzlu su və ya sirkənin bir təsiri yoxdur. Lakin əksi də keçərli deyil, çünki xəstəliyi heç bir simptom olmadan keçirmək də mümkündür. Yəni xəstəlik hər kəs üçün standart bir şəkildə ilərləmir.
Duzlu su, sirkə və ya isti su xəstəliyin dərmanı deyil
Ümumdünya Səhiyyə Təşkilatı, burnu müntəzəm olaraq duzla yumağın insanları koronavirusdan qoruduğuna dair bir sübut olmadığını ifadə edir.
Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Birliyi (KLİMİK) prezidenti Alpay Azapın açıqlamasına görə duzlu su ilə edilən proses qoruyucu bir funksiyası olan selik təbəqəsinə zərər verəcə biləcəyi üçün mənfi təsirləri də ola bilər.
Xəstəliyə Nəzarət Mərkəzi hazırda virusu məhv etmək üçün hər hansı bir müalicə olmadığını açıqlayıb:
“Hazırda Covid-19 üçün xüsusi bir müalicə yoxdur. Klinik müalicə, tövsiyyə edilən infeksiya qabaqlama və nəzarət tədbirlərinin həyata keçirilməsini, bildirildiyi halda inkişaf etmiş orqan dəstəyi də daxil olmaqla ağırlaşmaların dəstəkləyici şəkildə idarə edilməsini ehtiva edir.”
Fakt Yoxlama platfoması Snopes duzlu su və ya sirkə ilə qarqara etməyin koronavirusu məhv etmədiyini qeyd edib. Bundan əlavə Full Fact, boğaz ağrısının hər xəstə üçün keçərli bir simptom olmaya biləcəyini ifadə edir.
Su içərək koronavirusun ağciyərinizə getməsinin qarşısını ala bilməyəciyinizi başqa bir analizimizdə yazmışdıq.
Nəticə etibarilə iddia doğru deyil. Koronavirusun ağciyərə enmədən öncə hər xəstədə dörd gün boğazda qaldığına dair bir dəlil yoxdur. Simptomların hansı müddətdə ortaya çıxması xəstədən xəstəyə dəyişə bilər. Bu iddia yanlış məlumatın yeddi növündən biri olan uydurmaya misal göstərmək olar.