Sputnik Azərbaycan və digər xəbər saytlarında “Kim milyoner olmak ister?” adlı yarışmada Qarabağ ilə bağlı verilən sualdan bəhs edilərkən türk aktyor və yarışma aparıcısı Kənan İmirzalıoğlunun 27 sentyabr Azərbaycan və Ermənistan arasında başlayan döyüşlərdə Azərbaycanı dəstəkləyən tweetlər paylaşdığı iddia edildi.
Tweetlər parodiya hesabdan paylaşılıb
Kənan İmirzalıoğlunun aparcısı olduğu “Kim milyoner olmak ister?” yarışmasının 17 oktyabr 2020-ci il buraxılışında verilən suallardan biri Qarabağ ilə bağlı idi.
Bəzi xəbər saytları bunun paylaşarkən Kənan İmirzalıoğlunun həm də Twitter hesabından aktiv şəkildə Azərbaycanı dəstəklədiyini ifadə edib. Lakin iddia doğru deyil. Həmin tweetlər aktyorun adına açılmış bir parodiya hesabdan paylaşılıb. Tweetlərdən sadəcə biri 16.300-dən daha çox istifadəçi tərəfindən görülüb.
Twitter hesabına detallı baxdıqda “Parody Account” yazıldığını görmək mümkündür. Bundan əlavə yönləndirdiyi “kenanimirzalıoglu.com” adlı veb sayta keçid etdikdə də saytın işləmədiyini görürük.
Kənan İmirzalıoğlunun adına açılmış bənzər domainə sahib “kenanimirzalioglu.com.tr” veb saytı isə işləyir. Saytı açdıqda aktyorun Rəsmi İnternet Saytı olduğunun qeyd edildiyini görürük. Lakin 2013-cü ildə Mir Yapım adına açılan həmin saytda aktyorun sosial media hesablarına yönləndirən “əlaqə” hissəsi mövcud deyil. Bununla yanaşı saytın rəsmi olduğunu deyəcək qədər dəlil yoxdur.
Kənan İmirzalıoğlunun sosial media hesabları olmadığına dair Türkiyə mətbuatında xəbərlər mövcuddur. Bundan əlavə aktyorun həyat yoldaşı Sinem Kobalın rəsmi Instagram səhifəsinə nəzər keçirərkən İmirzalıoğlu ilə birlikdə olan fotolarında hər hansı bir hesabı işarələmədiyi görünür.
Nəticə etibarilə Kənan İmirzalıoğlunun paylaşdığı iddia edilən tweetlər bir parodiya hesabından paylaşılıb. 27 sentyabr Azərbaycan və Ermənistan arasında başlayan döyüşlərdə bir çox şübhəli iddia sosial mediada və xəbər saytlarında yer aldı. Teyit bu iddiaların bəzilərini araşdıraraq analizlər hazırladı.