Kamal Sunalın doğum gününü noyabrın 10-da qeyd etməməsi iddiası

Kamal Sunalın doğum gününü noyabrın 10-da qeyd etməməsi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Qeydlərdə Kamal Sunalın belə bir ifadəsi yoxdur.

Kamal Sunalın rəsmi doğum tarixi 4 noyabr 1944-cü ildir.

Həyat yoldaşı Gül Sunal və oğlu Ali Sunal sənətçinin noyabrın 11-də doğulduğunu deyir.

Sənətçinin məzar daşında onun 1944-cü il noyabrın 11-də anadan olduğu yazılıb.

Uzun müddətdir sosial media platformalarında və bəzi media kanallarında Kamal Sunalın əslində 10 noyabrda olan ad gününü Mustafa Kamal Atatürkün ölüm gününə təsadüf etdiyi üçün qeyd etmədiyini iddia edilirdi.İddianın uzun müddətdir ortada olduğundan şəhər əfsanəsinə çevrildiyini də deyə bilərik.

kamal sunal iddia az

İddia bir çox yerdə dırnaq içərisində sitat istifadə olunaraq paylaşılıb. Sənətçinin bu cür ifadə işlətsə belə harada və nə vaxt dediyi ilə bağlı dəlil tapmaq üçün açar sözlərlə axtarış edərkən nəticə əldə etmək olmur.

Kamal Sunalın həqiqətən belə bir ifadə işlətdiyini göstərən heç bir etibarlı dəlil yoxdur və sitatın yer aldığı xəbərlər, paylaşımlar və açıqlamaların heç birində qaynaq göstərilməyib.

Geriyə doğru ilbəil axtarış edərkən sitata ilk dəfə 2000-ci ilin iyulunda rast gəlirik. Burada da hər hansısa qaynaq yoxdur. Sitat 1989-cu il tarixli “Gülən adam” filmi ilə birlikdə vurğulansa da filmdə belə bir ifadə yer almayıb.

Ehtimal ki, ağızdan-ağıza gəzən əfsanə rəqəmsal dünyaya ötürülüb. Bəs sənətçinin həqiqi doğum günü nə vaxtdır?

Şəxsiyyət vəsiqəsində 4 noyabr 1944-cü il yazılıb

Sənətçi Türkiyə üçün xeyli önəmli yerə sahibdir. Bu səbəbdən həyatı haqqında diqqət çəkən çox şey var. Sunalın həyatını əks etdirən sərgilərdən birində əşyaları arasında şəxsiyyət vəsiqəsi də yer alır. Bunları yaxından incələyərkən vəsiqənin üzərində doğulduğu tarixin 4 noyabr 1944-cü il yazıldığını görmək olar.

az kemal sunal kimlik 2

Ailəsi sənətçinin noyabrın 11-də doğulduğunu bildirib

Oğlu Ali Sunal da şəhər əfsanəsi ilə bağlı açıqlama verib: "Əlbəttə ki, Atatürkə böyük sevgisi və hörməti var idi, amma atam noyabrın 11-də dünyaya gəlib".

Həyat yoldaşı Gül Sunal da sosial şəbəkədə sənətçinin 11 noyabr 1944-cü ildə anadan olması və adının hekayəsindən bəhs edən paylaşım edib.

az kemal sunal ikipng

2000-ci ildə ürək tutmasından vəfat edən sənətçinin İstanbulda yerləşən Zincirlikuyu qəbirstanlığında olan məzar daşında da doğum tarixi 11 noyabr 1944-cü il göstərilib.

az kemal sunal mezar tasi

MalumatfurusDoğrula da mövzu ilə bağlı məqalə dərc ediblər.