Kahramanmaraşda zəlzələdən sonra vulkanik fəaliyyətin baş verdiyi iddiası

Kahramanmaraşda zəlzələdən sonra vulkanik fəaliyyətin baş verdiyi iddiası

Öyküm Hüma Keskin Elkin Khalilov

2023-cü il fevralın 6-da baş verən zəlzələdən sonra videonun Kahramanmaraşda Göksun Kuşkayası dağında vulkanik fəaliyyət ortaya çıxdığını göstərdiyi iddia olunub.

az volkan patlama kahramanmaras

Videodan götürülən ekran görüntüləri ilə aparılan axtarış videonun zəlzələdən əvvələ aid olduğunu və ya başqa bir ərazini göstərdiyini ortaya çıxarmır. Yəni görüntü yanlış əlaqələndirilməyib.

Mütəxəssislər yanardağ olmadığı düşüncəsindədir

Videonun yayılması ilə bir çox mütəxəssis mövzu ilə bağlı açıqlama verib. Açıqlamalardan ilki geofizika mühəndisi, professor Övgün Əhməd Ərcandan gəlib. Ərcan Kahramanmaraşda baş verən qırılmadan bazalt püskürərək yanardağ meydana gəldiyini bildirib

Lakin Ərcan daha sonra başqa bir açıqlama verərək lava, palçıq axıntısı olaraq zənn etdiyi hadisənin müşahidə nəticəsində uçqun olduğunun ortaya çıxdığını söyləyib və yanma məlumatının yanlış olduğunu əlavə edib.

“Teyit” mövzu ilə bağlı məlumat almaq üçün Ərcanla əlaqə saxlayıb. Görüntüləri ilk dəfə görərkən lavaya bənzətdiyini və AFAD-ın o zaman açıqlama vermədiyini söyləyən Ərcan geofizika mühəndislərinin əraziyə gedərək müşahidələr apardığını və uçqun olduğunu təsbit etdiklərini bildirib. Ərcan AFAD-ın da bölgəyə getdikdən sonra lava olmadığı ortaya çıxdığını söyləyərək həmkarlarının yardımı ilə yanlışı düzəltdiyini deyib.

Professor Naci Görür də “Dostlar, Göksun ərazisində yanardağın meydana gəldiyi ilə bağlı doğru olmayan məlumatlar verilir. Həqiqəti əks etdirdiyini düşünmürəm. Bölgənin geologiyası buna uyğun deyil, uçqunla bağlı dəyişiklik ola bilər. Narahat olmayın, keçmiş olsun”, deyə yazıb.

Bununla yanaşı AFAD Zəlzələ Risk və Azaldma Baş İdarəsinin rəhbəri Orxan Tatar Kahramanmaraşda Göksun Kuşkayası dağındakı dumanla bağlı vulkanik dağ iddiasını yalanlayıb:

““Sikorsky” helikopterimizi oraya göndərdik. Vulkanik kül, vulkan partlayışı və qaz çıxışı yoxdur. Zəlzələnin təsiri ilə adi kütlə hərəkətindən başqa bir şey deyil.

Bölgə vulkanik fəaliyyətə uyğun deyil

Professor Naci Görürün də bildirdiyi kimi bölgənin geoloji strukturu vulkanik fəaliyyətə uyğun deyil.

Hazırda Türkiyədə fəal yanardağ mövcud deyil. Lakin Türkiyədəki sonuncu yanardağ partlayışı 166 il əvvəl Tendürek dağında meydana gəlib. Elm adamları yanardağları “tamamilə sönmüş” olaraq qəbul etməyin yanlış olduğunu, Türkiyə üçün az da olsa riskin mövcud olduğunu düşünür. Ərciyəs, Həsən dağı, Böyük və Kiçik Ağrı dağları, Tendürek, Nemrut, Süphan dağlarından aralıqlarla hələ də qaz və buxar çıxışları gözlənilir.

Türkiyədə vulkanik hadisələrin meydana çıxması tədqiq edilərkən bölgədə aktiv və ya aktiv olmayan yanardağın olmadığı görünür. Risk xəritəsində Kahramanmaraş aşağı risk kateqoriyasında yer alır. Yəni Türkiyə üçün az da olsa mövcud olan vulkanik fəaliyyət hələ ki, Kahramanmaraş bölgəsi üçün risk faktoru daşımır. MTA-nın vulkanik bölgələr üzrə hazırladığı xəritəyə də diqqət etsək bunu görmək mümkündür.

“Teyit”in mövzu ilə bağlı məlumat almaq üçün əlaqə saxladığı geofizik, professor Cenk Yaltırak isə bölgədə vulkanik qaya belə olmadığını, kəndin ətrafında əhəng daşları olduğunu bildirib.

az buyukkizilcik harita

 Bu daşların “Google Earth”də təsbit edilə bildiyini söyləyən Yaltırak vulkanik qaya olmadığının da qaya strukturlarını göstərən xəritələrdən açıq şəkildə görüldüyünü vurğulayıb.

Yaltırak ən yaxın qırılma xəttinə səkkiz kilometr məsafədəki Büyükkızılcık kəndinin şəfalı suyu ilə məşhur olduğunu və sudakı hidrogen kükürdünün həmin səviyyədən çıxmasının normal olduğunu bildirib.

Faktlar

  • AFAD Zəlzələ Risk və Azaldma Baş İdarəsinin rəhbəri Orxan Tatar Kahramanmaraşda Göksun Kuşkayası dağındakı dumanla bağlı vulkanik dağ iddiasını yalanlayıb.
  • Professor Naci Görür bölgənin geoloji strukturunun buna uyğun olmadığını söyləyib. Övgün Əhməd Ərcan da ilkin mərhələdə yanardağ lavası olduğunu düşündüyü hadisənin müşahidələr nəticəsində uçqun olduğunun ortaya çıxdığını bildirib.
  • “Teyit”in əlaqə saxladığı professor Cenk Yaltırak da bölgədə vulkanik dağların olmadığını və sözügedən görüntünün ərazinin geoloji strukturu səbəbi ilə normal olduğunu söyləyib.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
turkustan.az, 11/02/2023
az.rayhaber.com, 11/02/2023
azinform.az, 11/02/2023
manevr.az, 11/02/2023
xeber.media, 11/02/2023
hamısını göstər