Jordi Diazın Türkiyədəki zəlzələlərin Yaponiya zəlzələsindən 30 qat daha şiddətli olduğunu söyləməsi iddiası

Jordi Diazın Türkiyədəki zəlzələlərin Yaponiya zəlzələsindən 30 qat daha şiddətli olduğunu söyləməsi iddiası

Songül Karadeniz Elkin Khalilov

Türkiyədəki iki güclü zəlzələnin Yaponiyada 2011-ci ildə baş verən 9.1 bal gücündə olan zəlzələdən 30 qat daha şiddətli olduğu iddası mediada yayılıb.

az kahramanmaras yaponiya zelzele saxta xeber

Sözügedən iddianın qaynağı olan “Anadolu Agentliyi”nin xəbərinə görə seysmoloq Jordi Diaz Türkiyədəki zəlzələdə ortaya çıxan enerji miqdarının Yaponiyadakından 30 qat daha çox olduğunu bildirib.

Jordi Diaz miqyasın artışında 30 qat daha çox enerji ortaya çıxmasından bəhs edir

Xəbər qaynağının “Youtube”da yayımlanan videosunu detallı araşdırarkən Jordi Diazın zəlzələlərin loqarifmik miqyasda ölçüldüyünü, bu da miqyasdan miqyasa təxminən 30 qat daha çox enerji ortaya çıxardığını göstərdiyini bildirir. Açıqlamanın stenoqramına da diqqət etsək, Diazın Yaponiyadakı zəlzələ ilə yeddidən doqquza qədər hər miqyasda 30 qat daha çox enerji ortaya çıxdığını dediyini görə bilərik.

“Teyit” Jordi Diaz ilə əlaqə saxlayıb. Diaz Türkiyədəki zəlzələnin Yaponiyadakından 30 qat daha güclü olduğu ilə bağlı açıqlama vermədiyini bildirib. Seysmoloq jurnalistin onun açıqlamasını səhv başa düşdüyünü bildirərək Yaponidakı zəlzələ ilə eyni miqyasda enerjinin ortaya çıxması üçün səkkiz gücündə 30-dan daha çox zəlzələ baş verməli olduğunu deyib. Diazın “Youtube”dakı çıxışında da oxşar fikirlər yer alır.

Eyni zamanda Diazın “elDiario”da yer alan digər çıxışında da bunu görmək olar. Diaz orada da zəlzələlərin miqyasından danışır. Lakin 2011-ci il mayın 11-də İspaniyada baş verən 5.1 bal gücündəki Lorka zəlzələsi ilə müqayisə etdikdə Kahramanmaraşdakı zəlzələnin 900 qat daha güclü olduğunu bildirir.

Evrim Ağacı” saytında da zəlzələlərin miqyasını loqarifmik şəkildə ölçə biləcəyimiz Rixter şkalasından bəhs edilib. Buna görə Rixter şkalasındakı hər iki say arasındakı fərq vahid deyil, 10 ədəddir. Yəni yeddi bal gücündəki zəlzələ altı bal gücündəki zəlzələdən 16 faiz deyil, 1000 faiz daha böyükdür.

Buradakı kritik nöqtə isə hər Rixter ölçüsünə bərabər olan say arasındakı fərqin 30 qat olmasıdır. Yəni altı bal gücündəki zəlzələ beş bal gücündəki zəlzələdən 10 qat daha böyük, 30 qat isə daha güclüdür. Diazın çıxışında deməyə çalışdığı Rixter şkalasındakı artış faizləri bunlardır.

Yaponiya zəlzələsi

Yaponiyada 2011-ci il martın 11-də 9 bal gücündə zəlzələ baş verib. Zəlzələyə hazırlıqlı olmalarına baxmayaraq episentri Tohoku olan bu zəlzələdən sonra 20 minə yaxın insan ölüb. Zəlzələnin meydana gətirdiyi sunami təxminən 20 dəqiqə sonra ölkənin şərq sahillərini vurub. Sunaminin təsiri ilə sahil boyunca nəhəng dalğalar Fukuşima Atom Elektrik Stansiyasının soyutma sistemini sıradan çıxarıb.

Faktlar

  • Seysmoloq Jordi Diazın açıqlaması manipulyasiyaya uğradılıb.
  • “Teyit”in əlaqə saxladığı Jordi Diaz belə bir ifadə işlətmədiyini bildirib.
  • Diaz 30 qat ifadəsini miqyaslar arasındakı fərqdən bəhs edərkən işlədib.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller