İsveçrə qatarlarında Hacı Zeynalabdin Tağıyevin portretinin asıldığı iddiası

İsveçrə qatarlarında Hacı Zeynalabdin Tağıyevin portretinin asıldığı iddiası

Yanlış Yanlış

Faktlar

Teyit “Léman Express” və İsveçrə Federal Dəmir Yolları ilə əlaqə saxladı, lakin foto bu qatarların heç birində çəkilməyib, RABDe 500 olaraq da tanınan İsveçrə sürət qatarı ICN-də çəkilib.

Fotodakı portretdə rəsm olunan şəxs Nobel Mükafatçısı və İsveçrəli iş adamı Henri Dünandır.

RABDe 500 qatarlarının 44-ünün hər biri İsveçrədən olan elm adamları, rəssamlar kimi məşhur şəxslərin adını daşıyır, bunlardan biri də “500 027 - 8” yəni fotodakı “Henry Dunant” adlı qatardır.

Bu qatarların hər birində rəssam Martin Fivian tərəfindən çəkilmiş adını daşıdığı şəxsin portreti və haqqında məlumat lövhəsi mövcuddur.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Xəbər saytları, içərisində bir protret əsərin olduğu vaqon fotolarını paylaşaraq, İsveçrə qatarlarında Hacı Zeynalabdin Tağıyev portretinin asıldığı iddiasını paylaşdı. Xəbər saytları isə oxu.az saytına və sosial şəbəkədəki paylaşımlara istinad etdi.  Oxu.az saytı həmin xəbəri silib, lakin paylaşan saytlarda iddia olduğu kimi qalmaqdadır.

Portretdəki şəxs Henri Dünandır

Əvvəlcə Google-da Hacı Zeynalabdin Tağıyevin portretlərini araşdırdıqda iddiada istifadə edilən portretdəki şəxs ilə bənzəmədiyi görünür. Bundan əlavə portretin İsveçrədə doğulmuş,  ilk Nobel mükafatçısı olan Henri Dünana (Henry Dunant) bənzədiyini də görürük. Məntiqi olaraq İsveçrə qatarlarında Dünanın portretinin asılması daha məqsədə uyğun olardı. Portretləri qarşılaşdırdıqda rəsmdəki şəxsin Dünan olduğu anlaşılır. 

Xəbərlərdə istifadə edilən fotolardan birinin üzərində “Léman Express” yazıldığı nəzərə çarpır.

Google-da araşdırdıqda bu adın arxasındakı şirkət olan “Lémanis”-in 2017-ci ilin 15 mart tarixində Cenevrədə, Fransa və İsveçrə dəmir yolları tərəfindən qurulduğu məlumatını əldə edirik.  

Teyit şirkət ilə əlaqəyə keçdi, portretin asıldığı qatarların “Léman Express” qatarlarına deyil,  SBB CFF FFS olaraq tanınan İsveçrə Federal Dəmir Yollarına aid ola biləcəyini bildirdi. 

Teyit, mövzu ilə əlaqədar SBB CFF FFS ilə də əlaqəyə keçdi. Qurum verdiyi açıqlamada ICN qatarlarından birinin Henri Dünan adına olduğunu vurğuladı. ICN  ilə bağlı araşdırma etdikdə isə “RABDe 500” adlı İsveçrə sürət qatarı olduğu məlumatını əldə edirik. RABDe 500 yəni İsveçrənin sürət qatarı olan ICN-in tərkibində 44 qatar mövcuddur. Bu qatarların hər biri İsveçrəli elm adamları, rəssamlar, siyasi xadimlər, memarlar və rəssamlar kimi məşhur şəxslərin adını daşıyır. Nobel mükafatçısı Henri Dünanın adını daşıyan qatar isə 500 027 - 8 nömrəli qatardır. Qatarların hər birində adını daşıdığı şəxsiyyətin rəsm əsəri və girişdə haqqında məlumat yazan lövhələr mövcuddur. Bu 44 qatarların hər birində yerləşdirilmiş rəsm əsərlərinin müəllifi rəssam Martin Fiviandır. Bu əsərlərlə bağlı internetdə pdf material da mövcuddur.

Həmin qatarda çəkilmiş və daha keyfiyyətli görüntüyə sahib başqa bir foto da sosial şəbəkədə mövcuddur. Fotonun Martin Fivian tərəfindən çəkilmiş rəsm əsəri olduğunu bir daha doğrulamış olduq.