İnternetdə yayılan məlumatda islandiyalı qadınlarla evlənən kişilərə hər ay 2.500 dollar pul ödəndiyi iddia olunub.
İddia illərdir yayılan internet əfsanəsidir
İnternetdə mövzu ilə bağlı araşdırma etdikdə 2016-cı ildən bəri fərqli şəkildə yayıldığını görürük. Bəzi iddialarda islandiyalı qadınlarla evlənən kişilərə aylıq 5 min dollar ödənəcəyi də iddia edilib. Lakin iddia yanlışdır. 2016-cı ildə İslandiya Xarici İşlər Nazirli verdiyi açıqlamada bunun yanlış məlumat olduğunu bildirib. Həmin dövr bu iddiaya inanan bir çox insanın hökümətə e-poçtalar yolladığı və zənglər etdiyi də bildirilib.
İslandiya Hökümətinin rəsmi internet səhifəsində də bu mövzu ilə bağlı məlumat tapmaq mümkündür.
İddia daha əvvəl bir çox fakt yoxlama qurumu tərəfindən yalanlanıb.