İŞİD-in Beyrutdakı partlayışı üzərinə götürdüyü iddiası

İŞİD-in Beyrutdakı partlayışı üzərinə götürdüyü iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Livan Prezidenti Hasan Diyab partlayışın, liman ərazisindəki təxminən 2 min 750 ton ammonium nitratın təhlükəsizlik tədbiri görülmədən saxlanılması nəticəsində ola biləcəyini deyib.

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri hər hansı bir hücum izi olmadığını bildirib.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Xəbər saytlarında İŞİD-in 4 avqust 2020-ci ildə Livanın paytaxtı Beyrutda baş verən partlayışı üzərinə götürdüyü iddia edildi.

isid in beyrutdaki partlayisi uzrin goturduyu iddiasi haber

Lakin İŞİD-in Beyrutdakı partlayışı üzərinə götürdüyü iddiası doğru deyil. Mövzu ilə əlaqədər olan mənbə xəbər təsdiqlənməməsi səbəbi ilə geri çəkildi. 5 avqust 2020-ci il etibarilə partlayışın dəqiq səbəbi məlum deyil. Livan rəsmiləri hadisənin bir hücum deyil, təhlükəsizlik tədbirləri ilə bağlı laqeydsizlik nəticəsində baş verən bir qəza olduğunu bildirir. 

 

Partlayışın konkret səbəbi hələ ki dəqiq deyil

İddialar əsasən CNN-ə və ona istinadən xəbəri yayınlayan publika.az-da istinadən verilib. İddianı yayınlayan Sputnik də həmin xəbərin Rus Interfax agentliyindən verildiyini, lakin xəbərin əsl mənbədən təsdiqlənmədiyi üçün sildiklərini açıqladı. Interfaxda verilən son xəbərdə isə partlayışın amonium nitratın səbəb ola biləcəyi qeyd edilib. CNN-də də partlayışa səbəbin amonium nitrat ola biləcəyi xəbəri mövcuddur.

 

sputnik lubnan isid in beyrutdaki partlayisi uzrin goturduyu iddiasi

 

Rəsmilərdən gələn açıqlamalar hadisənin qəza ola biləcəyi ehtimalını dəstəkləyir. Livan Prezidenti Hasan Diyab mövzu ilə əlaqədar verdiyi açıqlamada partlayışın baş verdiyi liman ərazisində təxminən 2 min 750 ton ammonium nitratın təhlükəsizlik tədbiri görülmədən saxlanıldığını və partlayışa bu maddənin səbəb ola biləcəyini dedi.

beyrut afp isid in beyrutdaki partlayisi uzrin goturduyu iddiasi

Partlayışın baş verdiyi liman. Mənbə: AFP

 

Livan daxili kəşfiyyat xidmətinin müdiri Abbas İbrahim də partlayışın yüksək partlama xüsusiyyətinə malik olan materialların olduğu ərazidə baş verdiyini vurğuladı. Partlayış haqqında ABŞ prezidenti Donald Trump hücum ola biləcəyini desə də ABŞ Müdafiə Nazirliyinin rəsmiləri hər hansı bir hücum izi olmadığını irəli sürdü.

 

Ekstremist silahlı qruplar ilə bağlı araşdırmalar edən SITE Intelligence Group adlı qurumun direktoru Rita Katz Twitter-da partlayışın onlayn İŞİD qruplarında sevinclə qarşılandığını yazdı. İŞİD 2015-ci ildə Livanı bir dəfə hədəf almışdı və hücumda ən az 43 nəfər həlak olmuşdu. O hadisə baş verdiyi zaman təşkilatdan verilən açıqlamalar və Livanlı rəsmilərin əldə etdiyi sübutlar hadisənin İŞİD tərəfindən törədildiyini göstərmişdi. Lakin 4 avqust 2020-ci ildə baş verən partlayışın İŞİD ilə əlaqəsi olduğunu göstərən bir sübut hələ ki yoxdur.

Beyrutun liman bölgəsində baş verən şiddətli partlayışda indiyə qədər 100-dən çox insan həlak oldu 4 min nəfər isə yaralandı.

Nəticə etibarilə 5 avqust 2020-ci il etibarilə İŞİD-in 4 avqustda baş verən Beyrut partlayışını öz üzərinə götürdüyü iddiası doğru deyil. Hələ ki partlayışın konkret səbəbi məlum deyil və hadisənin qəza olduğu düşünülür. İddia yanlış məlumatın yeddi növündən biri olan uydurmaya örnəkdir.