İranın aktual münaqişə dövründə sərhədə 45 minlik ordu topladığını göstərdiyi iddia edilən foto

İranın aktual münaqişə dövründə sərhədə 45 minlik ordu topladığını göstərdiyi iddia edilən foto

Yanlış Yanlış

Faktlar

Foto son münaqişələrdən əvvələ aiddir.

25 yanvar 2019-cu ilə aid olan foto İranın İsfahan əyalətində təxminən 12 min əsgər ilə keçirdiyi piyada təlimini göstərir.

Sosial mediada və xəbərlərdə verilən məlumatda fotonun Azərbaycan Ermənistan arasında baş verən son münaqişənin ardından İranın sərhədə 45 minlik qoşun topladığı iddiası ilə paylaşılıb.

iddia ekrani iran

Foto 2019-cu ildə keçirilən təlimdəndir

Bir fotonun mənbəyini araşdırmaq üçün ilk metodlardan biri axtarış motorlarında əks axtarış üsulu ilə araşdırmaqdı. İddia fotosunu Google-da araşdırdıqda 2019-cu ildən bəri paylaşıldığını görürük.

Al Jazeera-nın 2019-cu il tarixli xəbərində də istifadə edilən foto İsfahanın mərkəzində piyada təlimini göstərdiyi məlumatı ilə verilib. Açar sözlərlə axtarışa davam etdikdə, VOA-da yayımlanan xəbərdə də fotonun istifadə edildiyini, ordunun təxminən 12 minlik əsgəri üçün piyada təlimləri başlatdığı bildirilib. Foto 25 yanvar 2019-cu ildə İsfahanda çəkilib.

orijinal foto iran serhede qosun yigdigi iddiasi

Farsca açar sözlərlə axtarış etdikdə isə 45 min əsgərin sərhədə toplandığına dair rəsmi məlumata rast gəlinmir.