İordaniyada koronavirusdan ölən şəxsin avtomobili ilə dəfn edildiyi iddiası

İordaniyada koronavirusdan ölən şəxsin avtomobili ilə dəfn edildiyi iddiası

Yanlış Yanlış

Faktlar

İddia yanlışdır, foto İordaniyada deyil, Cənubi Afrika Respublikasında çəkilib.

Ölüm səbəbinin covid-19-dan olduğuna dair sübut yoxdur.

Pitsonun özü avtomobili ilə birlikdə basdırılmaq istəyibmiş.

Əşyası ilə dəfn edilən ilk şəxs deyil.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə yayılan və teyit.org-a göndərilən bildirişlərdə İordaniyada yeni koronavirus səbəbilə dünyasını dəyişən bir şəxsin avtomobili ilə dəfn edildiyi iddia edildi. Həmin şəxsin əşyaları ilə birlikdə dəfn edilən ilk insan olduğu deyildi. İddia sosial şəbəkələrdə qısa müddət ərzində yayıldı və bir çox istifadəçi tərəfindən paylaşıldı.

iddiafoto 1

Bənzər iddia Yalan-Doğru Təftiş adlı səhifənin iddiasına görə bu foto  Azərbaycanda Türkiyədə adam maşının içində koronavirusdan öldüyü üçün maşını ilə birlikdə dəfn edildi malını bü dünyadan obiri dünyaya götürən ilk insan olaraq tarixə keçdi şəklində paylaşıldı.

Lakin iddialar doğru deyil, fotolar Cənubi Afrika Respublikasının Sterkspruit qəsəbəsində çəkilib. Fotoda torpağa basdırılan şəxs Birləşmiş Demokratik Hərəkat (UHM) liderlərindən biri olan Tshekede Bufton Pitsodur və ölüm səbəbinin Covid-19 ilə əlaqədar olduğuna dair məlumat da yoxdur. Avtomobili ilə torpağa basdırılmağının səbəbi isə koronavirus deyil. Pitsonun özü avtomobili ilə birlikdə basdırılmaq istəyibmiş.

Fotolar İordaniyada yox, Cənubi Afrika Respublikasında çəkildi

Əks axtarış üsulu ilə fotoları axtardığımız zaman fotoların istifadə edildikləri xəbər saytlarını görürük. Bu saytları təhlil edərkən dəfn mərasiminin Cənubi Afrika Respublikasının Sterkspruit qəsəbəsinə aid Jozana kəndində keçirildiyini görürük. Avtomobili ilə birlikdə dəfn edilən şəxs Birləşmiş Demokratik Hərəkat (UHM) liderlərindən biri olan Tshekede Bufton Pitsodur. 

26674448 8175849 image m 75_1585741540825

Pitsonun qızı Sefora Letswakanın dediyinə görə Afrikalı keçmiş siyasətçi və iş adamı Tshekede Pitso vəsiyyətində iki il əvvəl aldığı və çox sevdiyi Mercedes markalı avtomobili ilə birlikdə dəfn edilmək isdədiyini qeyd edib. Pitso ölməzdən əvvəl artıq sürməsə belə tez-tez avtomobili ilə birlikdə vaxt keçirirmiş.

26674470 8175849 image m 71_1585741461013

İddiada dəfn edilən şəxsin ölüm səbəbinin yeni koronavirus olduğu deyilir. Lakin Tshekede Pitsonun ölüm səbəbinin koronavirus olduğunu sübut edən hər hansı bir məlumat yoxdur. Pitso öldüyü zaman 72 yaşında idi və bəzi xəbər saytlarında qocalıqdan öldüyü deyilir

Bundan başqa, iddiada əşyaları ilə birlikdə dəfn edilən ilk şəxsin Tshekede Pitso olduğu deyilsə də, bu doğru deyil. Bundan əvvəl, 2009-cu və 2018-ci illərdə Youtube platformuna yüklənmiş videolarda avtomobili ilə basdırılan şəxslərin dəfn mərasimlərinə rast gəlmək mümkündür.

Nəticə etibarilə iddia reallığı əks etdirmir. Dəfn edilən şəxs iş adamı və siyasətçi Tshekede Bufton Pitsodur və vəsiyyətində avtomobili ilə birlikdə basdırılmağı özü istəmişdir. İddia yanlış məlumatın yeddi növündən biri olan xətalı əlaqələndirməyə nümunədir.