Sosial şəbəkədə "I Am Legend" adlı filmin mövzusunun insanların yanlış vurulan peyvəndin nəticəsində ödlüyü və ya zombi olduğu haqqında olduğu iddia edildi. Başqa bir paylaşımda isə filmdəki hadisələrin 2021-ci ildə cərəyan etdiyi iddia edildi.
Hadisələrə peyvənd səbəb olmayıb
2007-ci ildə göstərilən “I Am Legend” adlı film, Richard Matheson tərəfindən qələmə alınan eyni adlı kitab əsasında çəkilib. 1954-cü ildə qələmə alınan kitabda hadisələr 1970-ci illərdə Los Angeles şəhərində cərəyan edir. 2007-ci ildə göstərilən filmdə isə hadisələrin 2012-ci ildə cərəyan etdiyi təsvir edilir. Bunu filmdəki dialoqlardan da anlamaq mümkündür.
Eləcə də James Berardinelli tərəfindən yaradılan və filmlərlə bağlı dəyərləndirmələrin olduğu Reel Views saytındaki yazıda da filmin 2012-ci ildə keçdiyini görmək mümkündür.
Filmdə insanlar zombiyə deyil vampirə bənzər mutanta çevrilirdi. Bu insanlar işıqdan qorxduğu üçün “darkseekers” olaraq da adlandırılır. Lakin insanların ölümünə və ya vampirə bənzər olmalarına peyvənd səbəb olmur. Filmdə hadisələrə səbəb olan peyvənd deyildi, xərçəng xəstəliyini yox etmək üçün hazırlanan Krippin Virus adlı geni dəyişdirilmiş virus idi. Filmin ilk səhnələrində olan Dr. Alice Krippin personajı ilə göstərilən müsahibədə Krippin Virusunun mənşəyi açıqlanır. Filmdə, 10 min xərçəng xəstəsini müalicə etmək üçün qızılca virusu genetik olaraq dəyişdirilir. Daha sonra Krippin Virusu ölümcül bir virusa çevrilir və filmdə gördüyümüz hadisələrə səbəb olur.
İddiaların gündəmə gəldiyi tarix dünyada Covid-19 virusuna qarşı hazırlanan peyvəndlərdəki irəliləyiş dövrünə təsadüf edir. Filmin hekayəsi ilə bağlı fərqli dillərdə də gündəmə gələn iddiaların doğrulama platformları Snopes, Malumatfuruş, Health Feedback tərəfindən də yanlış olduğu ortaya qoyuldu.