Heydər Əliyevin Dəmirələ iş adamı mənasını nəzərdə tutaraq "pəzəvəng" dediyi iddiası

Heydər Əliyevin Dəmirələ iş adamı mənasını nəzərdə tutaraq "pəzəvəng" dediyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

“Pəzəvəng” sözü Azərbaycan dilində “iş adamı” və ya “öndər” mənasına gəlmir.

Rəsmi mənbələrdə olan Süleyman Dəmirəl ilə əlaqədar nitqlərə dair mətnlər və ya açıqlamaların heç birində “pezevenk”, “pezeveng”, “pəzəvənk” və ya “pəzəvəng” sözləri mövcud deyil.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Azərbaycanın Prezidenti Heydər Əliyevin bir Azərbaycan səfəri zamanı Süleyman Dəmirələ “pəzəvəng” dediği iddiası illərdir sosial şəbəkədə gəzir. İddia köşə yazılarında və sosial şəbəkədə fərqli hekayələr şəklində dəfələrlə paylaşıldı. Bu iddialardan birində Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəlin şərəfinə Azərbaycanda təşkil edilən bir ziyafətdə, Heydər Əliyevin Dəmirələ xitabən “Süleyman qardaşım dünyanın gəlmiş keçmiş ən uğurlu siyasi pəzəvəngi” ifadəsini istifadə etdiyi iddia edildi. Bəzi mətinlərdə bu sözün Azərbaycanca “iş adamı” və ya “uğurlu bacarıqlı” mənasına gəldiyi iddiası da mövcuddur.

suleyman demirel is adami selamlasma iddiasi

Lakin iddia doğru deyil. Bu söz Azərbaycan dilində iş adamı və yaxud öndər mənasına gəlmir və heç bir rəsmi qeydlərdə belə ifadəyə rastlanmır.

“Pəzəvəng” “iş adamı” mənasına gəlmir

 

Əvvəlcə sözün mənasına baxaq. İddiaların bəzilərində “pəzəvəng” sözünün Azərbaycanda  “iş adamı” və ya “öndər” mənasına gəldiyi deyilir. Lakin Azərbaycan dilində sifət olan  “pəzəvəng”  sözünün izahı, Azərbaycan dilinin izahlı lüğəti: III cild 599-cu səhifəsində “Yekə, zorba, zırpı” olaraq verilib. Bu sözün Türk dilindəki bənzər bir mənada istifadə edildiyi mörtərizə içərisindəki “bəzən söyüş mənasında” qeydindən də başa düşülür.

pezeveng kelimesi anlami azerice

Bundan əlavə digər yayınlarda da bu sözün “yekəpər, zırpı” mənasına gəldiyi qeyd edilib.

kolaj pezeveng anlami

1995-ci ildəki ziyafətdə belə bir ifadə yoxdur

Bu mənalardan hər hansı biri rəsmi bir ünsiyyətdə istifadə edilmiş olması məntiqə uyğun deyil. Lakin yenə də rəsmi mənbələrə baxaraq nitqlərin mətnlərini yoxlaya bilərik.

Prezident Heydər Əliyevin 7 dekabr 1995-ci ildə Azərbaycanda Süleyman Dəmirəlin şərəfinə “Gülüstan” sarayında ziyafət təşkil etdiyinə dair məlumat rəsmi mənbələrdə var. Heydər Əliyevin bu ziyafətdəki nitqinə baxdığımız zaman “pezevenk”, “pezeveng”, “pəzəvənk” veya “pəzəvəng” sözlərindən hər hansı birini istifadə etmədiyini görürük. Nitq mətnini Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin saytının Beynəlxalq Elektron Kitabxana bölümündən əldə etmək mümkündür. 

Mövzu ilə əlaqədar iddialardan birində, “Heydər Əliyev, o dövrün Prezidenti Süleyman Dəmirələ “Şərəf” ordeni verilməsi səbəbi ilə Dəmirələ xitabən ‘Türk dünyasının iləri gələn pəzəvənglərindəndir. Bir çox Türk soydaşımızın ölkəmizdə karxana açmasına başcılıq edib’ dedi.’ yazır.

Lakin bu iddia da yanlışdır. Sözügedən orden Heydər Əliyev tərəfindən deyil, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən verilib. Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsində ordenin verilməsinə dair 1 noyabr 2013 tarixli bir mətn mövcuddur. Bu mənbədə İlham Əliyev və Süleyman Dəmirəlin nitqləri də mövcuddur. Bu diyaloqda da “pezevenk”, “pezeveng”, “pəzəvənk” veya “pəzəvəng” sözlərindən heç biri yoxdur.

Heydər Əliyev isə prezidentliyi dövründə 12 iyun 1999-cu il tarixli bir fərmanla Süleyman Dəmirələ 18 oktyabr 1999-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə “İstiqlal” ordeni vermişdi. Heydər Əliyevin bu nitqi də 20 oktyabr tarixində rəsmi “Azərbaycan” qəzetində çap edilib.  Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin internet səhifəsində də olan bu mətndə də iddiadakı sözlərdən heç biri mövcud deyil. Heydər Əliyev, Süleyman Dəmirələ xitab edərkən “Azərbaycan xalqının böyük dostu” , “əziz qardaşım”, “əziz dostumuz”“hörmətli dostumuz” kimi ifadələr istifadə edir.

 Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin saytında “Azərbaycan-Türk Dünyası” səhifəsində Süleyman Dəmirəl ilə əlaqədar olan 47 mətnin heç birində “pezevenk”, “pezeveng”, “pəzəvənk” və ya “pəzəvəng” sözlərindən biri mövcud deyil.

Nəticə etibarilə illərdir internetdə gəzən, Heydər Əliyevin Süleyman Dəmirələ “pəzəvəng” dediyi iddiasını dəstəkləyən heç bir dəlil, sübut yoxdur. İddia fərqli yerlərdə dəqiq tarixlər və mənbələr göstərilmədən fərqli hekayələr şəklində deyilib və “rəvayət” halını alıb. İddia yanlış məlumatın yeddi növündən biri olan uydurmaya örnəkdir.