Hədisi sübut etmək üçün xurma yeyib zəhər içən Şeyx Raşidin öldüyü İddiası

Hədisi sübut etmək üçün xurma yeyib zəhər içən Şeyx Raşidin öldüyü İddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Hadisə yeni deyil, 19 fevral 2020-ci ilə aiddir.

Şeyx Raşidin içdiyi mayenin siçan zəhəri olub olmadığına aid fakt qeydə alınmayıb.

Şeyx Raşid hələ də sağdır və müxtəlif fəaliyyətlərdə iştirak edir.

Sosial mediada “Yeddi ədəd xurma yeyən birinə zəhər və sehir təsir etməz” hədisini sübut etmək üçün xurma yedikdən sonra siçan zəhəri içən Şeyx Raşidin həyatını itirdiyi iddia edilib.

zeher icen dindar teyitpng

Hadisə yeni deyil, 19 fevral 2020-ci ilə aiddir

Açar sözlərlə axtarış edərkən hadisənin Mançester Universiteti Mədinə Cəmiyyətinin 19 fevral 2020-ci ildə hazırladığı “İslam və xristianlıq arasında inanc seçimi müzakirəsi” adlı paneldə baş verdiyi ilə bağlı məlumatı əldə edirik.

Təxminən iki saat yarım çəkən müzakirənin tam formasını “Youtube”dan izləmək mükündür. Görüntülər analiz edilərkən də Şeyx Raşid adlı şəxsin mayeni içdiyi görünür (2.16.55). Panel iştirakçılarından Hatun Taş sözügedən hədisdən bəhs edərkən Raşid ayağa qalxır və önündə olan şüşədəki mayeni içməyə başlayır. Hətta sonra Taş “Biri şüşəni yoxlaya bilər, içində zəhər var ya yox?” deyir. 

Qısa bir müddət sonra isə moderator şüşəni götürüb qoxlamağa başlayır. Raşid çıxışında “Bir neçə məsələyə diqqət çəkəcəm” dedikdən sonra “Xatırlaya bilmədim, bəlkə də zəhərin təsiridir” sözləri salonda gülüşə səbəb olur. Moderator doğru olub olmadığını soruşarkən isə “qismət” cavabını verir. Müzakirə bir neçə dəqiqə davam etdikdən sonra fəaliyyət başa çatır. 

Raşid proqramın sonuna qədər salonda oturur. 

Şeyx Raşidin müzakirədən sonra müalicə edildiyi ilə bağlı etibarlı mənbəyə rast gəlmək olmur. Lakin Şeyx Raşidin içdiyi mayenin siçan zəhəri olub olmadığı ilə bağlı fakt da yoxdur. 

Video yayıldığı üçün Raşid açıqlama verib

2020-ci ildəki bu fəaliyyətdən 3 il sonra Raşid sosial media hesabından açıqlama verərək yaşadığını bildirib.

seyx resid aciqlamapng

Şeyx Raşidə aid sosial media hesabları araşdırılarkən Raşidin hadisədən sonra həyatını itirmədiyi ortaya çıxır.

Şeyx Raşid 19 mart 2023-cü ildə İngiltərənin Valsall şəhərində keçiriləcək fəaliyyətdə iştirak edəcəyini də sosial media vasitəsilə bəyan edib. Raşidin “Youtube” hesabı incələnərkən də yaxın zamanda çoxsaylı fəaliyyətlərə qatıldığı ortaya çıxır.

Şeyx Raşid ərəbcə və İslami fənlər müəllimi olaraq Britaniya və Suriyada müxtəlif işlər görür. Raşid eyni zamanda yazar olaraq fəaliyyət göstərir. Raşidin son zamanlar nəşr olunan kitablarına müxtəlif saytlar vasitəsilə rast gəlmək mükündür

İddiada qeyd olunan hədis nə deyir?

İddiada yer alan hədis isə internetdə “Kim yeddi acve xurması yeyərsə, ona zəhər və sehir təsir etməz” ifadələri yer alıb.

“Acve” Mədinənin Nəcid istiqamətində Aliyə bölgəsində yetişdirilən xurma növüdür. İnanca görə səhər saatlarında ac qarnına yeyilən yeddi ədəd acve həmin gün zəhərlənməyə və sehirə qarşı şəfa olur.

Acve adlı xurma növünə zikr edilən xüsusiyyət isə onu Mədinəyə İslam dininin peyğəmbəri Hz. Məhəmmədin əlləri ilə əkilmiş olmasından və ya haqqında bərəkət duası etməsindən qaynaqlandığına inanılır.