Sosial mediada paylaşılan və gündəm ilə bağlı dəyərləndirmələrin olduğu açıqlamalar Haluk Bilginerə aid olduğu iddia edildi. Paylaşımlar, bu cümlələrin yer aldığı və iki fərqli istifadəçi adına sahib Twitter hesablarının ekran görüntülərindən ibarət idi.
Hesablar Haluk Bilginerə aid deyil
Əvvəlcə iddiaların yer aldığı “@_halukbilginer” və “@HalukBilginerTV” istifadəçi adına sahib Twitter hesablarını araşdırdıqda hesablardan birinin dondurulduğunu digərinin de hazırda aktiv olmadığını görürük.
Internet Web Archive üzərində axtarış etdikdə isə hər iki hesabın da arxivlənmiş paylaşımlarını görə bilirik. İstifadəçi adı “@_halukbilginer” olan hesabın daha əvvəl Canan Karatay adına da istifadə edildiyini arxiv linklərində görmək mümkündür.
Digər yandan “@HalukBilginerTV” istifadəçi adına sahib hesabın da fərqli adlarda da istifadə edildiyini arxivdən müəyyən edə bilirik.
Haluk Bilginer adına açılan “@_halukbilginer” hesabının bio qismində hesabın həqiqi olmadığı və “parodiya” olduğu məlumatına da yer verilib.
Cümlələr Haluk Bilginerə aid deyil
Teyit, mövzu ilə bağlı Haluk Bilginer ilə əlaqəyə keçdi və paylaşılan cümlələrin ona aid olub olmadığını soruşdu. Bilginer, paylaşımlardakı cümlələrin heç birinin ona aid olmadığını bildirdi. Eləcə də istifadə etdiyi rəsmi Twitter və Instagram hesablarını da Teyit ilə paylaşdı.
Eyni ad və fotolar istifadə edilərək açılan hesablar sosial media istifadəçilərini yanılda bilir. Belə hallarda hesabın açıqlama qismini oxumaq, arxiv saytında o hesabın daha əvvəl başqa adlarla istifadə edilib edilmədiyini yoxlamaq, hesabın açılma tarixinə nəzər yetirmək, o şəxsin rəsmi internet səhifəsində verilən sosial media linklərinə daxil olaraq orijinal hesabları tapmağa çalışmaq kimi addımlar izlənə bilər.