Sosial şəbəkədəki paylaşımlarda, türk aktyor Halit Ergençin rəsmi hesabında Azərbaycan əsgərlərini göstərən bir videonu paylaşdığı iddia edildi.
İki fərqli video birləşdirilib
Videonu izlədikdə “@halitergench0” istifadəçi adına sahib TikTok profilini görmək mümkündür. TikTok-da həmin istifadəçinin profilinə nəzər keçirdikdə eyni videonun 2 may 2021 tarixində paylaşıldığını görürük.
Həmin TikTok hesabına baxış keçirdikdə 100 mindən çox izləyiciyə sahib olduğunu görürük. Lakin hesab təsdiqlənmiş profillərdə olan mavi işarəyə sahib deyil.
Halit Ergençə aid rəsmi sosial media hesablarını araşdıranda mavi işarəyə sahib Instagram profilini tapırıq. İddiada paylaşılan videodakı ilə eyni görüntünün orijinalını rəsmi hesabda tapmaq mümkündür.
Video iddia edilənin əksinə Azərbaycan ilə əlaqəli deyil. 24 aprel 2021 tarixində canlı yayımda aktyor, Cengiz Çelik adlı yazar ilə birlikdə həmin yazarın ilk romanı “Anahtar” kitabı üzərinə söhbət edir.
Halit Ergençin rəsmi Instagram hesabının açıqlama qismindəki məlumatlara əsasən, hesab İD iletişim komandası tərəfindən idarə edilir. Keçid verilən sayta daxil olduqda Halit Ergençin də əməkdaşlıq edilən aktyorlar arasında olduğunu görürük.
Aktyorun haqqında səhifəsində yönləndirilən sosial media hesabları arasında IMDB, Instagram, Facebook və Twitter mövcuddur. Lakin TikTok bu hesablar arasında deyil. Eləcə də aktyorun rəsmi hesaplarından heç birində iddiadakı video paylaşılmayıb.
Nəticə etibarilə iddia videosu iki fərqli videonun montajını göstərir. Videoda Halit Ergenç Azərbaycan ilə bağlı hərhansı bir video izləmir, öz Instagram hesabında bir yazar ilə kitab üzərinə müzakirələr aparıb.