Sosial mediada bir kadr səfərbərlik qərarının ardından Finlandiya sərhədindəki 35 kilometrlik tıxacı göstərdiyi iddiası ilə paylaşılıb.
Video səfərbərlik elanından əvvələ aiddir
Vaalimaadakı sərhəd keçid məntəqəsində çəkilən video “İgor in Russia” adlı YouTube kanalının sahibi İgor tərəfindən çəkilib. Video ilk dəfə 19 sentyabr 2022-ci ildə yəni səfərbərlik elanından əvvəl paylaşılıb. İgor AFP-ə verdiyi açıqlamada isə videonun xam halını paylaşılıb və 29 avqust 2022-ci ildə çəkdiyini bildirib. AFP tərəfindən paylaşılan metedata da bunu təsdiqləyir.
Videonun mətbuatda xətalı əlaqələndirilərək yayıldığını görən YouTuber, paylaşdığı yeni bir video ilə nə vaxt çəkdiyini danışıb. Bundan əlavə TikTok hesabında da videonun səfərbərlikdən əvvələ aid olduğunu qeyd edib.
Finlandiya Xarici İşlər Nazirliyinin Davamlı İnkişaf və Ticarət Kommunikasiyası Departamentinin Sədri Ville Cantell, Twitter-da açıqlama verərək videonun köhnə olduğunu və sərhəddə vəziyyətin sakin olduğunu vurğuladı. Finlandiya Sərhəd Mühafizəsi də videonun köhnə olduğunu və səfərbərlik elanından sonra sərhəddə vəziyətin dəyişmədiyini açıqladı.
Finlandiya Sərhəd Mühafizəsinin açıqlamasına əsasən 21 sentyabrda sərhəddən 4.824 rus keçib. Açıqlamada bu rəqəmin 14 sentyabrda 3.133 olduğu bildirilib. Videonun gündəmə gəlməsinin ardından qurum mütəmadi olaraq rəqəmləri açıqlamağa başladı. Paylaşılan məlumata əsasən son günlər keçid sayı artıb.
Bu cür iddiar ilə qarşılaşdıqda yoxlamağın digər yolu isə canlı veb kameralarını izləməkdi. İnternetdə həm rus həm də fincə saytlarda sərhəddən olan görüntüləri anlıq izləmək mümkündür.
Görüntülərə baxdıqda, iddia görüntüsünün Vaalimaada yerləşən sərhəd keçid məntəqəsindən olduğunu təsdiqləyə bilirik.
İddia videosundan kadr
Fincə saytdan alınmış kadr
Rusca saytdan alınmış kadr
Reuters komandası da görüntülərin səfərbərlik elanından əvvəl olduğunu bildirib.
Nə baş verib?
24 fevral 2022-ci il tarixində başlayan Rusiya Ukrayna müharibəsi aylardır davam edir. 21 sentyabr günü Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan etdi. Səfərbərlik qərarının ardından yaxın gələcəkdə ölkədən çıxmağın çətinləşmə ehtimalı ilə bir çox Rusiya vətəndaşı ölkəni tərk etti, bilet qiymətlərində artışlar oldu.
Moskva və Sankt-Peterburqda isə səfərbərlik əleyhinə etiraz aksiyaları keçirildi, 1.300 nəfər saxlanıldı.