Görüntülərin Havaydakı meşə yanğınından olduğu iddiası

Görüntülərin Havaydakı meşə yanğınından olduğu iddiası

İnci Ekeöz Elkin Khalilov

Havay adalarında baş verən yanğında həyatını itirənlərin sayı 106-ya yüksələrkən, sosial mediada fəlakətlə bağlı müxtəlif iddialar yayılmaqdadır. Yanğının necə başladığı ilə bağlı iddialarla yanaşı, keçmiş yanğınların videoları da sanki yeniymiş kimi paylaşılır.

Bunlardan biri də paylaşılan bir videonun Havayda mövcud yanğına aid olduğunu iddiasıdır. Videoda alovun beton üzərində hərəkətinə və ağacın yanmamasına diqqət çəkilib.

yanqin havay ada min

Video 2022 Klivlend yanğınındandır

Videodan kəsilmiş hissələri araşdırıldıqda iddia ilə bağlı keçmiş məlumatlara daxil olmaq mümkündür. Xəbər saytlarına görə, videonun mənbəyi 2022-ci ildə Klivlend yanğınından olan görüntülərdir.

Əks şəkil axtarışının nəticələrindən biri "YouTube"da paylaşılan videodur. Videonun adı “The Flats On Fire In Cleveland, Ohio (June 18th, 2022) / Cleveland, Ohio’da Yanan the Flats (18 Haziran 2022)”. Videoya baxıldığında iddia ilə paylaşılan video ilə görüntülərin tam eyni olduğu görünür.

Sosial şəbəkələrdə yanğın zamanı Klivlend sakinlərinin eyni və fərqli bucaqlardan çəkdiyi videolar da var.

Bu məlumatla axtarış sistemləri vasitəsilə yanğının təfərrüatlarına çata bilərik. "Fox 8"-in 18 iyun 2022-ci il məlumatına görə, Klivlend yanğın müfəttişləri yanğının malç yatağında başladığını və sürətlə yayıldığını açıqlayıb. Yanğınsöndürmə idarəsinin əməkdaşları bildiriblər ki, malçın alışmasına səbəb söndürülmədən əraziyə atılan siqaret kötüyü olub.

Külək yanğını qidalandıraraq alovun böyüməsinə səbəb olub.

Klivlend Yanğınsöndürmə İdarəsi 18 iyun 2022-ci il tarixində yanğının başqa bucağından çəkilmiş bir görüntü paylaşaraq vəziyyəti "1 siqaret + quru malç + güclü külək = bu dəhşətli mənzərə" kimi ümumiləşdirib. Qrum xəbərdarlıq edib ki, siqareti atmazdan əvvəl diqqətlə söndürülməlidir.

Nəhayət, yanğının yerini müəyyən etmək üçün iddiada göstərilən videodakı yeri "Google Maps"də Klivlend yanğınının yeri ilə müqayisə edə bilərik. Bu şəkildə yanğını göstərən iki yerin eyni yer olduğu görülür.

havay yanqin foto teytit

Solda iddiada verilən videodan götürülmüş hissə, sağda 2022-ci ildə Klivlend yanğınının yeri

Prezident Bayden, Havay adalarında 8 avqust 2023-cü ildə başlayan və bir həftədən çox davam edən meşə yanğınlarının bir əsrdə baş verən ən ölümcül meşə yanğınları olduğunu açıqladı. Önümüzdəki günlərdə ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağını açıqlayan səlahiyyətlilər, bölgəyə çox sayda tibbi avadanlıq və axtarış itlərinin yönəldildiyini bildirib.

Məqalədəki iddia nə idi?

Görüntülərin Havaydakı meşə yanğınlarına aid olduğu iddia edilib.

?

Faktlar

  • Görüntülər 2022-ci ildə Klivlenddə baş verən yanğındandı
  • Yanğının səbəbinin söndürülmədən atılan siqaretin olması ilə izah edilib.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
seid.ezizov, 121 etkileşim aldı. 15/08/2023