Bəzi xəbərlərdə və sosial mediadakı paylaşımlarda Google-un xəritələr üzərində keçmişdə bulanıq olan Rusiyaya məxsus gizli hərbi obyektləri aşkara çıxardığı iddia olunub.
Peyk görüntüləri əvvəl də görünürdü
17 aprel 2022-ci il tarixində "defence-ua.com" adında bir veb saytındakı məqalə ilə ardından “Armed Forces” (@ArmedForcesUkr) adında Twitter hesabı tərəfindən yayılan iddia, ingilis, türk və azərbaycan dili kimi fərqli dillərdə yayılıb. Paylaşımlarda aşkara çıxarıldığı iddia edilən yerlər Google xəritələrdə həqiqətən də görünür.
Google Xəritələr, obyektlərdən birinin 2022-ci ilə aid görüntüsü
Lakin nümunədəki obyekti, keçmiş illərə aid peyk görüntülərini göstərən Google Earth tətbiqində izlərkən, keçmiş illərdə də aşkar olduğunu təsdiqləyiriq.
Yəni Kamçatka, Astraxan, Kursk və Murmanska yaxın olan bu obyektlər keçmiş illərdə də bulanıq olmadan görünürdü.
Google Earth, obyektlərdən birinin 2021-ci ilə aid görüntüsü
Google xəritələrdə, şirkətin gizlətdiyi və ya bulanıqlaşdırdığı obyektlər də mövcuddur. Buna Belçikadakı bir hava bazasını nümunə göstərmək olar. Lakin Rusiyadakı obyektlər nə indi nə də keçmişdə bulanıqlaşdırılmayıb. Keçmişdə aparılan araşdırmalarda da rus bazalarının görüntüləri təhlil edilib.
Belçikadaki bulanıqlaşdırılan bir bazanın Google Xəritələrdəki görüntüsü
Google peyk görüntülərini tez tez yeniləyir. Yəni aktual görüntülər, keçmişə nəzərən daha yaxşı görüntüyə sahib ola bilər. Bu fərq “Google bulanıqlığı aradan qaldırdı” kimi şərh edilmiş ola bilər.
Google da bu mövzu ilə bağlı açıqlamasında hər hansı bir bulanıqlıq dəyişikliyi etmədiyini bildirib. BBC-dən Shayan Sardarizadeh da apardığı təhlil nəticəsində heç bir dəyişiklik olmadığını müəyyən edib.
Rusiya və Ukrayna arasında 24 fevral 2022-ci il tarixində başlayan münaqişələrdən bəri Google daxil olmaqla bir çox şirkət və dövlət Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bunlar arasında rus media şirkətlərinin Google Xəbərlər və tətbiqlərindən silinməsi, dövlət dəstəkli media quruluşlarının Google Reklamlardan istifadəsinə dair məhdudiyyətlərin qoyulması kimi sanksiyalar var.