Sosial mediada və Telegramda yayılan bir paylaşımda 10 oktyabr gecəsi olan Gəncə hücumunun ardından Azərbaycan mediasında paylaşılan bir fotonun həqiqəti əks etdirməyi iləri sürüldü.
Eyni olduğu deyilən fotolar fərqlidir
İddia videosunda Gəncədən paylaşılan fotonun ekran görüntüsünün alınıb axtarış motoru Yandex-də axtarıldığını görürük. Lakin axtarış nəticəsində tapılan foto 2018-ci ildə İdlibdə çəkilən bir fotodur.
Bu fotoları müqayisə etdikdə eyni olmadıqlarını görürük.
Birinci foto İdlibdən, ikinci foto Gəncədəndir.
Gəncə fotosu ilə eyni olduğu düşünülən foto əslində 2018-ci ilin aprel ayında Suriyanın İdlib şəhərində yeddi mərtəbəli bir binada baş verən partlayış hadisəsindən sonra çəkilib. 28 nəfərin həyatını itirdiyi və 135 şəxsin yaralandığı partlayış ilə bağlı çəkilən digər bir foto da Anadolu Ajansının (AA) xəbərində istifadə edilib.
Hadisə yerindən gündüz vaxtı çəkilən bir foto da AA xəbərində mövcuddur.
Gəncədən olduğu iləri sürülərək paylaşılan foto isə əks axtarış üsulu ilə axtardığımız zaman 11 oktyabrdan daha keçmiş bir tarixli paylaşıma rast gəlinmir.
Fotonun içərisindəki işarələr ilə hadisədən sonra çəkilən digər fotoları müqayisə etmək də olar. Məsələn, bu fotodakı ağaclar və binanın üst qisimləri ən nəzərə çarpan işarələrdir.
m
Fotonu BBC News, Financial Times kimi qurumlar tərəfindən paylaşılan kadrlar ilə müqayisə edək.
Financial Times-da yayınlanan foto
BBC News video xəbərindən bir kadr
11 oktyabr Mikroskop Media tərəfindən çəkilən fotolardan biri də iddiada istifadə olunan foto ilə bənzər bir bucaqdan çəkilib.
Bu fotolar ilə bağlı iddiada istifadə olunan videonun sonunda bir əsgərin bir uşağa su verdiyini göstərən başqa bir fotonun da Gəncədən olmadığı deyilir. Teyit bu fotonun 2015-ci ildə Akçakaledə çəkildiyini ortaya qoyub.
Azərbaycan ilə Ermənistan döyüşlərin başladığı 27 sentyabr tarixindən bəri ilk dəfə 9 oktyabrda Rusiyada bir masa ətrafında toplandı və humanitar atəşkəs qərarı aldı. 10 oktyabrdan 11 oktyabra keçən gecə atəşkəsə baxmayaraq edilən raket hücumu nəticəsində doqquz nəfər həyatını itirdi, 34 nəfər də yaralandı. Atəşkəsin pozulması ilə bağlı hər iki tərəf də bir-birini günahlandırır.