Futbolçu Piquenin Shakiranı dostunun anası ilə aldatdığı iddiası

Futbolçu Piquenin Shakiranı dostunun anası ilə aldatdığı iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Orijinal mənbədə Gavi və anası haqqında məlumat yoxdur.

İddialar daha sonra parodiya hesabların paylaşımı ilə gündəmə çevrilib.

İspanca mənbələr Piquenin sevgilisinin başqa bir qadın olduğunu bildirib.

Sosial mediada və bir çox veb saytda yayılan iddialarda Barcelona oyunçusu Gerard Piquenin uzun müddətdir ki, birlikdə olduğu məşhur musiqiçi Shakiranı komanda yoldaşı Gavinin anası ilə alatdığı iddia olunub.

iddia ekrani shakirapng

Yanlış xəbərlərin mənbəyi Türkiyədir

İspaniya mətbuatında futbolçu Piquenin uzun müddətdir birlikdə olduğu Shakiranı aldatdığına dair xəbərlər yayılıb.

Ayrılıq xəbərinin mənbəyi olan El Periodico veb saytında verilən 1 iyun 2022-ci il tarixli məlumata əsasən Shakira, Piquenin başqa bir qadın ilə birlikdə olduğunu öyrənib və cütlük ayrı yaşamağa başlayıb. Lakin bu xəbərlərdə Gavi və yaxud anası haqqında məlumat yoxdur.

Xəbərin ardından AS Marca adlı bir hesab Twitter-da paylaşım edərək hekayəyə Gavi və anasını da əlavə edib. İstifadəçilərin reaksiyasını görməyən paylaşım daha sonra parodiya xəbərləri ilə tanınan Le Marke Sports adlı hesab tərəfindən paylaşılıb

pique 2png

pique 1png

İddianın mənbəyi kimi El Periodico-ya bənzəyən, lakin realda var olmayan El Periósico adlı veb saytı göstərilib. Le Marke Sports hesabının paylaşımı qısa müddətdə 25 min interaksiya toplayıb.

Daha sonra türk jurnalist Mehmet Esat Açıl realda olmayan El Periósico qaynaqlı bu iddianı ingiliscədən tərcümə edərək Twitter hesabında paylaşıb. Jurnalistin paylaşımı bir çox ispan jurnalist tərəfindən bəyənilib və retweet edilib. 

pique 4png

Beləliklə iddia bir çox ispan Twitter istifadəçiləri arasında müzakirəyə səbəb olub. Bəzi ispan saytları da iddiaları həmin jurnalisti mənbə göstərərək xəbərləşdirib

İddiaların ardından El Periodico-da 2 iyun 2022-ci il tarixində başqa bir xəbər daha yayınlanıb. Xəbərdə Piquenin birlikdə olduğu qadının iyirmi yaşında gənc və sarışın bir qadın olduğu deyilir.

Goal Türkiye adlı veb saytda da mövzu ilə bağlı xəbər var. Sayt iddia haqqında Goal İspaniyadan Ruben Uria Gonzalez adlı jurnalistə sual ünvanlayıb. Jurnalist, Piquenin birlikdə olduğu qadının günortadan sonra ofisiant işləyən 20 yaşında gənc bir tələbə olduğunu deyib.

Gavinin anası isə bəhs edilən xüsusiyyətləri daşımır.

pique 5

Pique və Gavinin anası haqqında yayılan xəbərlərin real olmadığına dair 2 iyun 2022-ci il tarixli xəbər Serbestiyet-də də yayınlanıb. Jurnalist Onur Erkan iddianın parodiya hesablar tərəfindən paylaşıldığını aşkarlayıb.