Fransa prezidenti Makronun görüntülü müraicəti bitərkən yarı çılpaq kamerada göründüyü iddiası

Fransa prezidenti Makronun görüntülü müraicəti bitərkən yarı çılpaq kamerada göründüyü iddiası

Bu məqalə 2 il əvvəl yazılmışdır.
Sayyara Mammadova

Sosial mediada səhifələr tərəfindən paylaşılan bir iddiada Fransa prezidenti Emmanuel Makronun xalqa səsləndiyi bir video çıxışda yarı çılpaq halının kamerada əks olunduğu iddia olunub.

macron video iddia ekran goruntusu

Orijinal videoda belə bir görüntü yoxdur

Fransa prezidentinin video müraciətindən olduğu iddia edilən fotolardan ilkini əks axtarış üsulu ilə araşdırdıqda, 2020-ci ildən bir çıxış qarşımıza çıxır. 2020-ci ilin dekabr ayında Makronun koronavirusa yoluxduqdan sonra “yaxşıyam” mesajını verdiyi bu video çıxışı şəxsi Twitter hesabında və xəbər saytlarında yayınlanıb. O, video çıxışında koronavirus testinin pozitiv çıxdığını, lakin özünü yaxşı hiss etdiyini açıqlayıb.

Videonu izlədikdə iddia fotolarındakı kadrların olmadığını görürük. Bundan əlavə iddia kadrı ilə Makronun danışdığı otağın fonunu müqayisə etdikdə də ayrı-ayrı otaqlar olduğu görünür. 

macron video iddia odalarin kiyaslamasi

Bayraqlar bənzəsə də otağın quruluşu arxadakı televizor, masa, fayl qoyulan şkaf, zibil qutusuna iddia kadrında rast gəlinmir.

Faktlar

  • Makronun üzünün göründüyü kadr 2020-ci ildə həyata keçirdiyi video çıxışdandır.
  • Müraciət videosunda sözügedən kadr yoxdur.
  • Kadrı yaxından təhlil etdikdə Makronun kameraya danışdığı otağın iddia kadrındakı otaq ilə fərqli olduğunu, bayraq xaricində, zibil qutusu, televizor, ağ stol, fayl qoyulan şkaf kimi əşyaların iddia kadrında olmadığını görürük.
  • Yarı çılpaq görünən şəxsin fotosunu əks axtarış ilə araşdırdıqda sadəcə Azərbaycanda paylaşılan iddia fotolarına rastlanılır.
TEYİT NƏTİCƏSİ
Yanlış
YANLIŞ TƏRƏFİ
Paylaşanlar / Deliller
Qarabağ Media, 4.678 etkileşim aldı. 02/06/2021
Zurna Tv, 196 etkileşim aldı. 03/06/2021
Kanal24.az İnternet TV, 169 etkileşim aldı. 02/06/2021