Fotonun Zəngilanda çəkildiyi iddiası

Fotonun Zəngilanda çəkildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotonu əks axtarış üsulu ilə araşdırdıqda Yaponiyada çəkildiyinə dair paylaşımlar tapırıq.

Urashima Çiçək Parkının xəritələrdəki görüntüləri və internetdə paylaşılan kadrlar fotonun Yaponiyadan olduğunu təsdiqləyir.

Peakvisor ilə fotodakı dağları aşkarlamaq və Yaponiyadan olduğunu təsdiqləmək mümkündür.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir fotonun Zəngilanda çəkildiyi iddia edildi. 

foto zengilandan oldugu iddiasi iddia ekrani

İddia fotosunu RevEye əlavəsindən istifadə edərək axtarış motorlarında araşdırdığımız zaman qarşımıza daha köhnə tarixli paylaşımlar çıxır.

Paylaşımlarda fotonun Yaponiyanın Mitoyo şəhərində çəkildiyi qeyd olunub. Açar sözlərlə axtarış edərək tapdığımız fotolara nəzər yetirdikdə Yaponiyanın Mitoyo şəhərində Çiçək Parkında çəkildiyini təsdiqləyirik.

foto zengilandan oldugu iddiasi parkdan goruntuler yaponiya

Mənbə: TripadvisorSetouchifinder

Eləcə də Google Xəritələrdən istifadə edərək həmin parkda gəzəndə dağ, dəniz və güllərin göründüyü bucağı tapmaq mümkündür.

foto zengilandan oldugu iddiasi google maps

Mənbə: Google Maps

Dağların geloji quruluşuna baxmağa və vizual materiallardakı dağlar haqqında məlumat tapmağa kömək edən Peakvisor veb saytı ilə fotoda görünən dağların Yaponyada olduğunu, habelə, adı, neçə metr yüksəkliyə sahib olduğu kimi məlumatları əldə etmək mümkündür.

teyitaz fotonun zengilandan oldugu iddiasi

Mənbə: Peakvisor