Fotonun yeni Əfqanıstan Mərkəzi Bankının sədrini göstərdiyi iddiası

Fotonun yeni Əfqanıstan Mərkəzi Bankının sədrini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotodakı şəxs Taliban üzvü olsa da Mərkəzi Bank sədri deyil.

Əfqanıstanın yeni Mərkəzi Bank sədri Hacı Muhammed İdris fotodakı şəxs deyil.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada yayılan və ilk dəfə Indiana Today adlı Twitter hesabından paylaşılan bir fotonun Əfqanıstanın yeni Mərkəzi Bank sədrini göstərdiyi iddia olunub. 

iddia ekrani efqanistan merkezi bankinin sedri iddiasi

Fotodakı şəxs yeni sədr deyil

Taliban, Əfqanıstanda idarəetməni ələ keçirdikdən sonra qurulan keçici hökümətin üzvlərinin məlumatını paylaşdı. Mərkəzi Bankın sədri olaraq vəzifəyə gətirilən şəxsin adı isə Hacı Muhammed İdrisdir.

Reuters komandasının əlaqə saxladığı yüksək vəzifəli bir Taliban sözçüsü, yeni vəzifəyə gətirilən sədrin, Talibanın keçmiş lideri Molla Aktar Mansur dövründə uzun müddət maliyyə sahəsində işlədiyini və təşkilatın maliyyə rəhbəri vəzifəsində olduğunu bildirib

Açıqlamaya əsasən, H. M. İdrisin maliyyə və yaxud iqtisadiyyat sahəsində təhsili olmamaqla birlikdə, hər hansı bir universitetdən də məzun deyil. Sosial mediada paylaşılan fotodakı şəxs isə yeni sədr  Hacı Muhammed İdris deyil. 

Əfqanıstan Mərkəzi Bankının Facebook səhifəsində, 23 avqust 2021 tarixində paylaşılan bir fotoda, Hacı Muhammed İdris tərəfindən aparılan bir iclasa dair xəbər tapmaq mümkündür.  Həmin paylaşımdakı məlumata əsasən yeni sədrin digər adı Mulvi Abdül Kahirdir. Bənzər paylaşım eyni adlı Twitter hesabında da yer alıb. 

6 sentyabr 2021 tarixli başqa bir paylaşımda da eyni şəxsin başqa bir iclasına dair məlumat mövcuddur. Twitter hesabında eyni iclasa dair paylaşılan fotoda yeni sədrin üzü görünür.

efqanistan merkezi bankinin sedri iddiasi foto

Hacı Muhammed İdris (solda)

Sosial mediada paylaşılan iddia fotosu ilə iclas fotolarını müqayisə etdikdə isə fotoların fərqli şəxsləri göstərdiyini görürük.

cover efqanistan yeni merkezi bank sedri

Solda iddia fotosu, sağda yeni sədr

Talibandan əvvəlki dövrdə Mərkəzi Bankın keçmiş paylaşımlarına nəzər yetirdikdə də iclas otaqlarının eyni olduğu aşkarlana bilir. 

efqanistan merkezi bankinin sedri iddiasi foto 1 avqust

1 avqust 2021 tarixli paylaşım, iclas otağl

Boom Live tərəfindən aparılan fakt yoxlama analizində əlaqə saxladıqları əfqan jurnalist, fotodakı şəxsin Taliban üzvü olduğunu təsdiqləyib, lakin həmin şəxsin yüksək vəzifə sahibi olmadığı məlumatını verib. 

İddia fotosunda arxada görünən mavi rəngli bayraq ilə Əfqanıstan Gəlir İdarəsindəki bayraq arasında bənzərlik mövcuddur. Ölkənin mərkəzi baknına dair verilən son mətbuat açıqlamasındakı loqo isə iddia fotosundakı bayraqdan fərqli görünür

efqanistan merkezi bankinin sedri iddiasi foto gelir idaresi

11 avqust 2020-ci il, Əfqanıstan Gəlir İdarəsində keçirilən iclasdan kadr

efqanistan merkezi bankinin sedri iddiasi foto loqo

Əfqanıstan Mərkəzi Bankının mövcud loqosu

İddia daha əvvəl Malumatfuruş tərəfindən də araşdırılıb.