Fotonun Yaponiyada bir neçə saata bərpa edilən yolu göstərdiyi iddiası

Fotonun Yaponiyada bir neçə saata bərpa edilən yolu göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotodakı yol 2018-ci ilin iyul ayında Yaponiyanın Fukui əyalətindəki şiddətli yağışlardan sonra sıradan çıxıb.

28 avqust 2018 tarixində bərpa işlərinə başladılan U formasındakı yol haqqında Fukui Əyalətinin rəsmi internet səhifəsində paylaşılan sənəddə yolun 31 oktyabr 2018-ci ildə istifadəyə açıldığı, nə qədər vəsait ayrıldığı və harada yerlışdiyi kimi məlumatlar mövcuddur.

Hadisədən bir ay sonra 3 avqust 2018-ci ildə yerli xəbər qurumunun paylaşdığı videodan da yolun bəroasının həmin dövrdə başlamadığını görmək mümkündür.

2016-cı ilin noyabr ayında Yaponiyanın Fukuoka şəhərində çökən başqa bir yolun isə 48 saat sonra bərpa olunduğuna dair The Guardian, The Verge kimi media qurumlarının xəbərində məlumat verilib. Bu yol iddiada göstərilən yol deyil.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir fotoda Yaponiyada sürüşmə nəticəsində dağılan yolun bir neçə saat ərzində düzəldiyi iddia edildi. 

teyitaz fotograftaki yolun birkac saatte yapildigi iddiasi ekran

Yolun tikilməsi hadisədən dörd ay sonra başa çatıb

Yaponiyadan olduğu iddia edilən fotonu internetdə araşdırdıqda 2018-ci ilin iyul ayında güclü yağışlar nəticəsində Fukui əyalətindəki yolun yararsız hala düşdüyünə dair xəbərlər görürük. Əyalətin rəsmi saytında da yolun tikintisinə dair fayl da tapmaq mümkündür. Əyalətin rəsmi internet saytında mətbuat ilə paylaşılan sənəddə yolun 4 milyon yen dəyərində olduğu, 31 oktyabr 2018 tarixində yəni hadisədən dörd ay sonra istifadəyə açıldığı bildirilib.

teyitaz fotograftaki yolun birkac saatte yapildigi iddiasi eyalet belgesiYolun tikintisinə dair sənədin Google Translate ilə çevrilmiş halı

Həmin dövrdə Yaponiyanın xəbər qurumları tərəfindən 2018-ci ilin oktyabr ayının sonunda paylaşılan məlumatda da yolun tikintisinin dörd ay sonra başa çatdığı bildirilib

Eləcə də bələdiyyə rəsmisinin yerli mətbuata verdiyi reportajda yolun niyə U şəklində tikildiyini izah edərkən, bərpa işlərinin 28 avqust 2018 tarixində başladığını və oktyabr ayının sonunda istifadəyə açıldığını vurğulayıb.

Bundan əlavə hadisədən bir ay sonra 3 avqust 2018 tarixində paylaşılan videodan da yolun tikintisinin hələ də başlamadığı görünür.

Yaponiyanın Fukuoka şəhərində 2016-cı ildə çökən başqa bir yolun isə 48 saat ərzində bərpa edildiyi məlumatına həmin dövr paylaşılan xəbərlərdən görmək mümkündür.

Yaponiyadakı yolun fotosu internetdə başqa dillərdə də saatlar ərzində tikildiyi iddiası paylaşılıb və fakt yoxlama qurumları tərəfindən iddianın yanlış olduğu ortaya qoyulub.