Fotonun Washington DC-dəki Atatürk heykəlini qoruyan şəxsləri göstərdiyi iddiası

Fotonun Washington DC-dəki Atatürk heykəlini qoruyan şəxsləri göstərdiyi iddiası

Qarışıq Qarışıq

Faktlar

Foto 2 oktyabr 2020-ci ildə ABŞ-ın paytaxtı Washingtonda Sheridan Circle-da ermənilər tərəfindən həyata keçirilən etiraz aksiyalarında çəkilib.

Atatürk heykəli də Sheridan Circle-da yerləşir.

Amerika Erməni Beynəlxalq Komissiyasının həmin gün olan canlı yayınında da görünən şəxslərin Atatürk heykəlini qoruduğu deyilib. İki saat davam edən canlı yayında heykələ yönəlik bir hücum görünmür.

Teyitə açıqlama verən Türkiyənin Washington Səfirliyi sözügedən şəxslərin bir türk vətəndaşın şəxsi mühafizə şirkətindən olduğu məlumatını paylaşdı.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial mediada paylaşılan və Teyitə də bildiriş olaraq göndərilən bir fotoda qara dərili vətəndaşların ermənilərin ABŞ-dakı aksiyaları zamanı Washingtonda yerləşən Atatürk heykəlini hücumlardan qoruduqları iddia olundu.

ataturk vasington iddia

Foto Sheridan Circle-dakı Atatürk heykəlinin qarşısında çəkilib

İddiadakı fotonu əks axtarış üsulu axtardıqda köhnə tarixli olmadığı görünür. Sosial mediada Atatürk heykəlinin ətrafına toplaşan şəxslərin olduğu foto ilə yanaşı qısa bir video da mövcuddur. Bu videoda da fotodakı şəxslər heykəlin ətrafında dayanıblar. Paylaşımlarda hadisənin Washingtonda baş verdiyi qeyd olunub.

Foto 2 oktyabr 2020-ci ildə ABŞ-da yaşayan ermənilərin Azərbaycan və Türkiyəyə qarşı etiraz aksiyalarında çəkilib. Rus xəbər agentliyi Ruptly-nin saytından o günə dair başqa videolar da var. Bu videoda da aksiyanın  Washington Sheridan Circle-da keçirildiyi məlumatı mövcuddur. Eyni zamanda nə kadrlar nə də xəbərlər həmin gün Atatürk heykəlinə bir hücum olduğunu göstərmir.

Atatürkün heykəlinin olduğu ərazidə bir çox ölkənin səfirliyi var. Ruptly-dəki videoda Koreya bayrağının göründüyü bina Koreya Səfirliyidir. Bu bina ilə Atatürk heykəli bir-birinə yaxın məsafədə yerləşir. Washingtondakı ərazini və fotonun çəkildiyi yeri də bu işarələrdən yola çıxaraq Google Xəritələrdə doğrulaya bilirik.

ataturk bustu sheridan circle

Fotodakı şəxslər mühafizəçi ola bilər

2 oktyabr 2020-ci il keçirilən aksiya üçün Facebook-da bir tədbir hazırlanıb. Whopostedwhat istifadə edərək Facebook-da Sheridan Circle-da yer bildirişi edərək çəkilən videoları görmək mümkündür. 

whopostedwhat1

Çıxan nəticələrdə Amerika Erməni Beynəlxalq Komissiyasının (ANCA) canlı yayın paylaşımı görünür. İki saat davam edən yayının başından sonuna qədər fotodakı dörd şəxs də Atatürk heykəlinin qabağında dayanır. İlk olaraq yayının 12-ci dəqiqə 30-cu saniyəsində görünürlər.

ermeni protesto siyahiler1

Davamında da bənzər kadrlar mövcuddur. Lakin daha da vacibi ANCA canlı yayın paylaşımına bir şərh yazılıb və Atatürk heykəlini qoruyan şəxsi mühafizəçilər olduğu qeyd olunub. Videonun 51-ci dəqiqə 40-cı saniyəsində isə fotodakı şəxslər videoya çəkilir. 

az anca ataturk bustu facebook fotografin washington dcdeki ataturk heykelini koruyan siyahlari gosterdigi iddiasi

Kadrlarda nəzərə çarpan bir detal daha var. Videodakı dörd şəxsdən əlavə başqa qara dərili vətəndaşların da aksiya yerində olduğu görünür. 

Videoda 1.25.41-ə gəldikdə də mühafizəçi deyə biləcəyimiz başqa biri daha seçilir. Hətta geyiminin rəsmi olduğu görünür. Qolunda bir emblem mövcuddur.

protesto guvenlik gorevlisi 2

1.28.36-də isə heykəlin qarşısında duranlardan birinin əli ilə Atatürk heykəlinin rəsminin çəkilməsinə mane olmağa çalışdığı görünür.

protesto guvenlik gorevlisi

ANCA-dan başqa etiraz aksiyasına qoşulan və video çəkən şəxsi hesablar da mövcuddur. Hovhannes Arestakesyan adlı bir Facebook istifadəçisi həmin gün canlı yayın edib. Bu kadrlarda da fotodakı qara dərili şəxslərin Atatürk heykəlinin ətrafında dayandıqları görünür.

az protesto siyahi kisiler video fotografin washington dcdeki ataturk heykelini koruyan siyahlari gosterdigi iddiasi

 Teyit mövzu ilə bağlı Türkiyənin Washington Səfirliyi ilə əlaqə saxladı. Gələn cavabda isə sözügedən şəxslərin bir türk vətəndaşın şəxsi mühafizə şirkətindən olduqlarına dair məlumat verildi. Teyitin əlaqə saxlamağa çalışdığı Hovhannes Arestakesyandan isə hələlik cavab gəlməyib. 

az abd ermenistan protesto canli yayin fotografin washington dcdeki ataturk heykelini koruyan siyahlari gosterdigi iddiasi

Hovhannes Arestakesyanın çəkdiyi videodan kadr

Yəni fotodakı şəxslər Atatürk heykəlini bir mühafizə şirkətinin işçisi olduqları üçün qoruyub. Atatürk heykəlinı yönəlik bir hücum faktı qeydə alınmayıb. 2 oktyabr keçirilən aksiyanın olduğu bölgədə mühafizəçi olduğu müəyyən olan başqa qara dərililər də var.