Fotonun ukraynalı fermerin oğurladığı Soyuz raketini göstərdiyi iddiası

Fotonun ukraynalı fermerin oğurladığı Soyuz raketini göstərdiyi iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Orijinal fotoda traktor yoxdur, iddia fotosuna montaj ilə əlavə edilib.

Foto 9 oktyabr 2018-ci ildə Baykonur kosmodromundan işə salma meydançasına aparılan Soyuz MS-10-u göstərir.

Foto NASA fotoqrafı Bill Ingallsa aiddir.

İddianın mənbəyi “Sputnik_Not” adında parodiya hesabdır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Ukrayna və Rusiya arasında davam edən münaqişə ilə bağlı sosial mediada şübhəli iddialar paylaşılmağa davam edir. Paylaşılan bir fotonun ukraynalı fermerin oğurladığı Soyuz raketini göstərdiyi iddia edilib.

soyuz iddia ekrani teyitaz

Fotodakı traktor montajdır

TinEye sayəsində fotonun ən keçmiş və ən çox dəyişiklik göstərən versiyasını tapmaq mümkündür. Burada əks axtarış edərək fotonun orijinalını Alamy saytında tapırıq. Orijinal ilə iddia fotosunu müqayisə edərkən traktorun fotoya sonradan əlavə edildiyini görürük.

muqayise soyuz raketinin ogurlandigi iddiasi

Həmin gün çəkilən video da YouTube-da mövcuddur.

İddianın mənbəyi parodiya hesabdır

İddianın mənbəyini araşdırdıqda qarşımıza “Sputnik_Not” adlı Twitter hesabı çıxır. Hesabı analiz etdikdə rəsmi Sputnik səhifəsi olmadığını görürük. 2015-ci ildə açılan hesabın bio qismində 14 mart 2022-ci il tarixinə qədər “həqiqi Sputnik hesabı olmadığı” məlumatı qeyd olunub.

soyuz iddia parodi hesab haqqinda teyitaz

İddia daha əvvəl Reuters, Snopes kimi media qurumları tərəfindən araşdırılıb və yanlış olduğu ortaya çıxıb.