Fotonun Ukrayna Rusiya müharibəsində əsir düşən ABŞ admiralını göstərdiyi iddiası

Fotonun Ukrayna Rusiya müharibəsində əsir düşən ABŞ admiralını göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto Azovstal polad zavodunda əsir düşən ABŞ admiralı Eric Olsinu göstərmir.

Foto 14 aprel 2022-ci ildə Luqanskda çəkilib.

Fotonun orijinalının yer aldığı Sputnik-də, həmin kadrın 2014-cü ildə Luqansk Xalq Respublikasında öldürülənlərin xatirəsi üçün təşkil olunmuş mərasimdə iştirak edən Ukrayna müharibə əsirlərini göstərdiyi bildirib.

ABŞ admiralı Eric Olson 2011-ci ildə təqüdə buraxılıb.

Xəbər saytlarında paylaşılan bir fotonun Amerika Birləşmiş Ştatları keçmiş xüsusi bölük komandirlərindən olan admiral Eric Olsunun, Ukraynada Azovstal polad zavodunda ruslara əsir düşdüyü iddia olunub. 

ekran abs admiralinin ruslara esir dusduyu iddiasipng

Foto ABŞ admiralını göstərmir

Foto rus xəbər saytlarında da paylaşılıb. Lakin xəbələrdə foto haqqında detallı məlumat verilməyib.

Fotonun orijinalı isə Rusiya mərkəzli media qurumu Sputnik-də mövcuddur. Sputnik xəbər saytında yerləşən fotonun açıqlamasında ABŞ admiralı ilə bağlı heç bir detal mövcud deyil.

Foto 14 aprel 2022-ci il tarixlidir. Açıqlama qismində isə “Ukraynalı müharibə əsirlərinin, 2014-cü ildə Ukrayna hava bombardmanlarında Luqansk Xalq Respublikasında öldürülənlərin anım mərasimində iştirak etdiyi” bildirilib. Fotonun çəkildiyi yerin isə Luqansk olduğu qeyd olunub. 

sputnik ukraynali esirler fotograf kaynak

Eyni foto aprel ayında “Ukraynalı əsirlər də tədbirə qoşulub” məlumatı ilə rus xəbər saytlarında da paylaşılıb.

Mariupolda yerləşən Azovstal polad zavodunda uzun müddət Rusiyaya qarşı müqavimət göstərən ukraynalı əsgərlər 16 may tarixindən etibarən təxliyə edilməyə başlayıb. Yəni foto təxliyədən əvvələ aiddir.

Təslim olan ukraynalı əsgərlər arasında ABŞ admiralının olduğuna dair rəsmi məlumat yoxdur. Rus mənbələrində də belə bir xəbər mövcud deyil.

Bundan əlavə, admiral Eric Olson 2011-ci ildə təqaüdə buraxılıb.