Türkiyədə 28-29 iyul 2021 tarixlərində baş verən meşə yanğınlarının ardından internetdə hadisə ilə əlaqədar olmayan görüntülər də yanğın zamanı çəkildiyi iddiaları ilə paylaşılmağa başladı. Bu iddialardan biri də canavar və balalarının göründüyü fotonun yanğın zamanı çəkildiyi iddiasıdır.
Foto ABŞ-da çəkilib və yanğınla əlaqəsi yoxdur
Türkiyədəki meşə yanğınları zamanı paylaşılan və yanğın zamanı çəkildiyi iddia edilən fotonu əks axtarış üsulu ilə araşdırdıqda fotonun 2021-ci ilin iyul ayında baş verən yanğınlardan da əvvəl illərdən bəri internetdə paylaşıldığını görürük. İncəsənət əsərlərinin və fotoların satışının həyata keçirildiyi Fine Art America adlı saytda da iddia fotosunun orijinalı mövcuddur. Buradakı məlumatlara əsasən foto Jim Zuckerman adlı fotoqraf tərəfindən ABŞ-ın Minnesota ştatının Hickley şəhərində çəkilib.
İddia fotosunun 2014 tarixli orijinal versiyası
Fotonun fərqli versiyasını Zuckermanın rəsmi veb saytında da tapmaq mümkündür. Əks axtarışın TinEye saytındakı nəticələrində görünən ən köhnə paylaşım isə Flickr-də yayınlanan 2013 tarixli bənzər bir kadrdır. Bu foto da ABŞ-ın Minnesota ştatının Hickley şəhərində çəkilib, lakin bu kadrın müəllifi Debbie DiCarlo fotoqrafdır. Bu kadrda digərindən fərqli olaraq sağdakı canavar balası fərqli bir tərəfə baxır.
Kadrın başqa bucaqdan olan 2013 versiyası
Hər iki foto da canavarın balalarına ulamaq dərsi keçdiyi anı göstərdiyi vurğusu ilə paylaşılıb. Hər ikisini də internetdə satışdadır.
Debbie DiCarlo tərəfindən çəkilən və məhşurlaşan kadr ilə bağlı isə yayınlanmış xəbərlər də mövcuddur.