⚠️ Həssas Məzmunlar

Oxumaq üzrə olduğunuz məzmunda həssas materiallar mövcuddur. Bu məzmunları görüntüləmək istəyirsinizsə təsdiq düyməsinə klikləməyiniz tələb olunur. Təsdiq düyməsinə kliklədiyiniz halda görüntüləri bulanıq görəcəksiniz.

Fotonun türk dilində təhsil tələb etdiyi üçün İranda edam edilən şəxsi göstərdiyi iddiası

Fotonun türk dilində təhsil tələb etdiyi üçün İranda edam edilən şəxsi göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotodakı şəxs türk dilində təhsil tələb etdiyi üçün edam edilən Ramin Rounia adlı şəxsi yox, bir qohumu ilə birlikdə bir hakimi öldürdüyü üçün edam edilən Majid Kavousifar adlı şəxsi göstərir.

2007-ci ildə çıxan xəbərlərdə edam anından kadrları görmək və hadisənin detallarını öyrənmək mümkündür.

Google Xəbərlərdə axtarış etdikdə “Ramin Rounia” adlı biri haqqında məlumat çıxmır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Bir nəfərin edam edildiyini göstərən foto sosial şəbəkədə İrandan olduğu məlumatı ilə paylaşılıb.  Paylaşımlarda fotodakı şəxsin İranda türk dilində təhsil tələb etdiyi üçün edam edilən Ərdəbil şəhərindən Ramin Rounia adlı şəxs olduğu iddia edilib.

iran iddia ekran teyitaz

Fotodakı edamın səbəbi cinayətdir

İddia fotosunu əks axtarış üsulu ilə araşdırdıqda fars dilində nəticələr əldə etmək mümkündür. Fotonun istifadə edildiyi bir xəbərdə fotodakı şəxsin adının “Majid Kavousifar” olduğu qeyd olunub. Google Xəbərlərdə bu ad ilə axtarış etdikdə fotonun 2007-ci ilə aid xəbərlərdə istifadə edildiyini görürük

Foto 2007-ci il 2 avqust tarixində İranda, Majid Kavousifar və qohumu Hossein Kavousifarin edam günü çəkilib. Xəbərlərin detallarına nəzər yetirdikdə görürük ki, edam cəzası iddia edildiyi kimi türk dilində təhsil tələbinə görə verilməyib. 2005-ci ildə, Tehranda qətlə yetirilən hakim Hassan Moghaddasin cinayətinə görə edam cəzası verilib. Edam cəzası, cinayətin üzərindən iki il keçdikdən sonra hakimin öldürüldüyü tarix və yerdə ictimai olaraq tətbiq edilib. 

AFP müxbiri tərəfindən həmin gün çəkilmiş fotolar mövcuddur.

iran iddia teyitaz afp

İddia fotosunun açıqlamasında həmin şəxsin adının “Ramin Rounia” olduğu qeyd edilmişdi. Bu ad ilə Google Xəbərlərdə axtarış etdikdə heç bir nəticə çıxmır.

İddia fotosu daha əvvəl xarici dillərdə fərqli formalarda yayılıb və fakt yoxlama quruluşları tərəfindən yanlışlanıb.