Fotonun Torontoda hər il keçirilən kitab bayramından olduğu iddiası

Fotonun Torontoda hər il keçirilən kitab bayramından olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Foto 2016-cı ildə “Luzinterruptus” adlı sənətçi qrupun hazırladığı “Ədəbiyyata qarşı tıxac” adlı sənət layihəsini göstərir.

Qrupun Torontoda hazırladığı sənət layihəsinə aid foto və videolara sosial media hesablarından rast gəlmək mümkündür

Kanadada keçirilən kitab və ədəbiyyat festivallarında küçələrə kitabların qoyulduğunu və istəyən hər kəsin götürə biləcəyini göstərən hər hansısa fakta rast gəlinmir

Sosial mediada paylaşılan fotounun Kanadanın Toronto şəhərində hər il keçirilən kitab bayramından olduğu iddia edilib. Paylaşımda hər il küçələrin bağışlanan kitablarla dolu olduğu və hər kəsin istədiyi kitabı götürə bildiyi bildirilib.

toronto festival teyit kitabpng

Foto 2016-ci ildə Torontoda keçirilən sənət fəaliyyətinə aiddir

Hadisə kitab sevənlər üçün sevindirici xəbər olsa da iddia doğru deyil.

Əks şəkil axtarışının nəticələrinə görə foto “Ədəbiyyat və tıxac” başlıqlı sənət enstalasiyasını (yerləşdirmə sənəti) göstərir.

Layihə 2016-cı ilin oktyabrında “Və çevrilmə ortaya çıxır” proqramı daxilində “Ədəbiyyata qarşı tıxac” başlığı ilə Kanadada keçirilib.

“Luzinterruptus” adlı qrupun hazırladığı fəaliyyətlər adətən səlahiyyətli şəxslərin və bölgə sakinlərinin diqqət etmədiyi şəhər problemlərinə diqqət çəkmək üçün işıq və kölgənin istifadə olunması ilə hazırlanır. Qrupun Torontoda keçirdiyi sənət layihələrinə aid video və fotolara sosial media hesablarında da rast gəlmək olur.

Qrup oxşar fəaliyyətləri sadəcə Torontoda deyil, başqa bir çox şəhərdə də keçirib.

Eyni zamanda fotolardakı ipucları vasitəsilə hadisənin Kanadanın Toronto şəhərindəki Elizabet küçəsində də keçirdiyi ortaya çıxır.

kitab bayrami kanada teyit

Kanadanın kitab və ədəbiyyat festivalları

Kanadada hər il bir çox kitab və ədəbiyyat festivalı keçirilir. Beynəlxalq Yazarlar Festivalı çərçivəsində bir çox oxucu yazarlarla görüşür. Lakin bu festivallarda küçələrə kitabların qoyulduğu və istəyən hər kəsin götürə biləcəyini göstərən məlumata rast gəlinmir.