Fotonun sovet hakimiyyəti dövründəki bir psixiatriya xəstəxanasında çəkildiyi iddiası

Fotonun sovet hakimiyyəti dövründəki bir psixiatriya xəstəxanasında çəkildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto psixiatriya xəstəxasından deyil, bir tamaşadandır.

Kadr 17-ci əsrdə Şarl Perronun qələmə aldığı “Mavi Saqqal" nağılına alman rəqqas Pina Bauş tərəfindən hazırlanmış 1977-ci il tarixli səhnə tamaşasındandır.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan bir fotonun sovet hakimiyyəti dövründəki psixiatriya xəstəxasını göstərdiyi iddia olunub. 

teyitaz analiz sovyet fotograf

Foto bir səhnə tamaşasındandır

İddia kadrını Yandex-də əks axtarış üsulu ilə araşdırdıqda çıxan nəticələrdə foto ilə bağlı iddiaların fərqli dillərdə də yayıldığını görürük. Nəticələrə nəzər yetirdikdə və açar sözlər ilə axtarışa davam etdikdə fotonun əslində hansısa bir xəstəxanadan deyil, tamaşadan olduğunu öyrənirik.

teyitaz blubeard google art culture

Pina Bauş tərəfindən hazırlanmış tamaşadan

Fransız yazıçı Şarl Perro tərəfindən yazılmış Mavi Saqqal (fransızca: La Barbe bleue) nağılında, çirkin və mavi saqqallı olaraq təsvir edilmiş zəngin bir aristokrat kişidən bəhs edilir. Nağılda, bir neçə dəfə evlənmiş mavi saqqalın, həyat yoldaşlarına nə olduğu bilinmir. Yenidən evlənən mavi saqqal, yeni həyat yoldaşına qəsrin açarlarını verir və bir otağa girməməsi üçün tənbeh edir. Lakin qadın həmin otağa girir və mavi saqqalın keçmiş həyat yoldaşlarının divarlardan asılmış meyitləri tapır. Bənzər səhnələrin rəsmini internetdə də tapmaq mümkündür. Aşağıda verilən nümunə fransız rəssam Claude Gillot tərəfindən çəkilən rəsmi göstərir.

teyitaz blubeard claude gillot

İddia daha əvvəl fakt yoxlama quruluşu Snopes tərəfindən də yanlışlanıb.