Fotonun Şimali Koreya Lideri Kim Çen Inın nəşinə aid olduğu iddiası

Fotonun Şimali Koreya Lideri Kim Çen Inın nəşinə aid olduğu iddiası

Yanlış Yanlış
Yanlış
Tərəfi

Faktlar

Yayılan foto Kim Çen Inın atası Kim Çen İrin 2011-ci ildəki dəfn mərasiminə aiddir.

İddiadakı Kim Çen Inın fotosu, Kim Çen İrin dəfn mərasimində çəkilən fotonun manipulyasiya edilmiş versiyasıdır.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Yeni koronavirus epidemiyası bütün dünyaya yayıldığı bir zamanda, Şimali Koreya yeni bir iddia ilə gündəmə gəldi. İddiaya görə ölkənin lideri Kim Çen In birdən birə “yoxa çıxdı”. Təxminən bir həftə müzakirə edilən iddianın mərkəzində ölkə liderinin 15 aprel günü atasının doğum günü münasibətilə keçirilən mərasimdə iştirak etməməsi dayanırdı.

Çen Inın sağ olub olmadığı məlum olmadığı zamanda sosial şəbəkələrdə yayılan bir fotoda Koreyalı liderin ölü bədəninin göstərildiyi iddia edildi. İddia Teyitə bildirildi və sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşıldı.

3uWE19D0iD3H85fQlE2Qd 3tsvT qOATbxAHn7sy50vLtyAZmx0bJoh1TTlQGMVBERv8DWXKroKBWCJWCsXzynKHAognzxYZdxnKRoqO1GFUs7l58SiDxcC0Kfp0ULdnw6bwYBN

Lakin bu iddia yanlışdır. Yayılan foto Kim Çen Inın atası Kim Çen İrin 2011-ci ildəki dəfn mərasiminə aiddir. İddiadaki JNN News isə bir televiziya kanalı deyil, televiziya cəmiyəti şəbəkəsidir. Şimali Koreya Lideri Çen In sonuncu dəfə 12 aprel tarixində lentə alındı. Öldüyünü və ya yaşadığını sübut edən bir dəlil mövcud deyil.

Fotomontaj

İddiadaki fotonu əks axtarış üsulu ilə axtardığımız zaman 2011-ci ilə aid bir xəbərdə fotonun Kim Çen Inın atası Kim Çen İrə aid dəfn mərasimində çəkildiyini görürük. Foto dəfn mərasimində uzaqdan çəkilmişdir.

Px5hh6DL0JhgeU3SvSNTo0KUMIbf4ZHV7Y9pguAWwYAAOHToCghcqwRFlXZItxJGiG1REn4pxNO3uW9p5zsV1QJ YowmkTTkgYDqMGZwymae_6w4rgnPWfz8LTYHVVue Y j_g2

Fotolar yanbayan qoyulduğu zaman hər iki fotodakı oxşarlıqlar aydın bir şəkildə görünür. Arxa tərəfdəki divar, istifadə olunan yastıq, ekrandaki qırmızı çiçəklər və işıq eyni görünür. Kim Çen Inın fotosu Kim Çen İrin dəfn mərasimində çəkilən fotonun manipulyasiya edilmiş halıdır.

JNN News xəbər kanalı deyil, televiziya şəbəkəsidir

Fotonun sağ alt küncündəki JNN News loqosu da diqqət çəkən bir elementdir. Açıqlaması Japan News Network və ya Yaponiya Xəbər Şəbəkəsidir. JNN'yə bağlı 28 ayrı kanal mövcuddur və bunlardan heç biri JNN News adı ilə fəaliyyət göstərmir.

InTgA eXUa7BnB6PhJDSg7NK5Gw8FF GL4_PUkKOEZJaP3BFODkxSPOBal27bu1wbTUHb0HFZvK7JK8qHo_ r6GsfarJ oXdzu0VHvxbzpxvrXaTI 7LlHhYVqQPqSKeHDPPhdT

Ölkədə elektrikin kəsildiyi iddiası

Yenə Teyitə bildiriş olaraq göndərilən başqa bir təsvirdə Şimali və Cənubi Koreyanın kosmik fəzadan çəkilmiş fotoları yanbayan qoyularaq Çen Inın ölümü səbəbilə Şimali Koreyanın yas saxladığı və ölkənin işıqlarının da söndürüldüyü iddia edildi. Bu iddia Türk sosial şəbəkələrində də çox istifadəçi tərəfindən paylaşıldı.

MmkWxD2NS18h7PZ1hxg4QO7UfWGkqS7iB4_BC_cfclRhMhQToCRUf4dUxiCniE76xf_KR4SshXicSIHOslELjvFeqMIfB138gvbq6_t6tSfmqMpfpCCHLhidbVxc3Yk_tmX5BSJ

Lakin bu iddia da doğru deyil. Əks axtarış üsulu ilə təsviri axtardığımız zaman əldə etdiyimiz məlumata görə soldaki foto 2011-ci ildə Şimali və Cənubi Koreyanı müqayisə edən və Google Earth üzərində çəkilən bir fotodur və bir bloq yazısında istifadə edilib. Sağdaki təsvir isə ölkələrə aid fərqli xəritələri paylaşan Mapsland adlı veb saytın arxivində yer alan bir Şimali Koreya fotosudur. Birbiri ilə əlaqəsiz iki foto yanbayan qoyulub.

Kim Çen Inın ölkədəki ən önəmli rəsmi mərasim olan qurucu lider Kim İr Senin 15 aprel tarixli doğum günündə iştirak etməməsi bir çox şayiəyə səbəb olmuşdu. Cənubi Koreya 21 aprel tarixində, Kim Çen Inın səhhətində hər hansı bir gözlənilməyən hadisənin baş vermədiyini açıqlamışdı. Cənubi Koreya siyasət baş məsləhətçisi də 27 aprel tarixində liderin sağ olduğunu bəyan etdi.

1 may tarixində göründü

Kim Çen In haqqındakı iddiaların yayınlanmasından 20 gün sonra, 1 may Əmək bayramı günü, gübrə fabrikinin açılışında üzə çıxdı

Bu məlumat Şimali Koreya Politbürosu tərəfindən fotolarla birlikdə yayınlandı. Mətndə Çen Inın yoxa çıxmağına dair məlumat yox idi.

Nəticə etibarilə sosial şəbəkələrdə paylaşılan təsvir fotomontajdır. Bu yanlış məlumatın yeddi növündən biri olan manipulyasiyaya dair bir nümunədir.