Sosial mediada paylaşılan fotonun Finlandiya Baş naziri Sanna Marinin metal musiqi simvolları olan bir köynək geyindiyini göstərdiyi iddia edilib.
Fotonun üzərində rəqəmsal müdaxilə var
Fotonu əks axtarış ilə axtardıqda rəqəmsal müdaxilə olduğunu aşkarlayırıq. Finlandiya mətbuatında da paylaşılan fotonun orijinalında Marinin sadə qara bir köynək geyindiyini görürük.
Orijinal fotoları Finlandiya hökümətinin rəsmi Twitter hesabında da tapmaq mümkündür.
13 aprel 2022-ci il tarixində Finlandiya Baş naziri Sanna Marin, İsveç Baş naziri Magdalena Andersson ilə NATO haqqında müzakirə aparmaq üçün Stokholmda görüşüblər. Mətbuat konfransında, Sanna Marinin qara köynək və qara gödəkçədə olduğu görünür. Bir çox jurnalist və siyasətçi baş nazirin tərzini azad və cəsur olaraq dəyərləndirib. Bir dəb şərhçisi isə baş nazirin “rok ulduzu” kimi göründüyünü yazıb.
Mətbuat konfransında jurnalistlərin fərqli bucaqlardan çəkdiyi foto və videolardan da Sanna Marinin üzərində simvol olmadığını təsdiqləmək mümkündür.
Simvol Bathory qrupuna aiddir
Rəqəmsal müdaxilə ilə əlavə edilən simvol Bathory adında isveçli bir musiqi qrupunun 1984-cü ildə buraxdığı albomun üz qabığındandır. Finlandiya Baş baziri bu geyimlə İsveçdə olduğu üçün köynəyinə isveçli bir musiqi qrupunun simvolu əlavə edilmiş ola bilər.
1985-ci il təvəllüdlü finlandiyalı sosial demokrat siyasətçi Sanna Marin 2019-cu ildən bəri hökumətə liderlik edir. O, mütərəqqi və bərabərlikçi siyasətin müdafiəsi ilə tanınır. Marin, Ukrayna Rusiya müharibəsi davam edərkən ölkənin NATO-ya üzv olması məsələsi gündəmə gələndə bu qərarın onun dövründə verilməyinin çox da ehtimal olmadığını bildirmişdi. Bir neçə gün əvvəl isə NATO üzvlüyünə dair qərarın həftələr ərzində verilə biləcəyini açıqladı.