Fotonun Rusiyadan Ermənistana göndərilən hərbi yardımı göstərdiyi iddiası

Fotonun Rusiyadan Ermənistana göndərilən hərbi yardımı göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2013-cü ilə aiddir.

Fotosu Fransanın Mali əməliyyatı məqsədilə göndərdiyi yük təyyarəsini göstərir.

Fransa 2013-cü ildə Malidəki silahlı qruplaşmalara qarşı hərbi əməliyyata başlamışdı.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə paylaşılan fotonun Rusiyaya aid hərbi təyyatələrin Rostov Don şəhərindən Ermənistanın paytaxtı Yerevan şəhərinə hərbi yardım göndərdiyini göstərdiyi iddia edildi.

rusya ermenistan askeri yardim iddiasi

Foto 2013-cü ildə çəkilib

Fotonu əks axtarış üsulu ilə axtardığımız zaman, qarşımıza 2013-cü ilə aid görüntülər çıxır. Bu xəbərlərdən biri Anadolu Agentliyinə aiddir və foto xəbərdə Fransanın Mali əməliyyatına hazırlanmağı ilə bağlı məlumata da yer verilib. Mövzu ilə bağlı bir başqa xəbər isə 2013-cü ilin yanvar aylnda Əl Cəzirədə yayımlanıb. Burada da Fransanın Malinin şimalına məskunlaşan Əl Qaidə terror qrupuna qarşı planladığı əməliyyat ilə bağlı məlumatlar da mövcuddur. Bu xəbərdə də eyni fotodan istifadə olunub.

fotograf 2013ten

Fransız foto agentliyi ECPAD tərəfindən çəkilən foto 2016-cı ildə Misirin Fransadan silah almaq istədiyindən bəhs edən bir xəbərdə istifadə olunub. 2017-ci ildə Rus dilində yayım edən və Fransanın silah daşıması barəsində Ukrayna və Rusiyadan asıllı olduğu yönündə analiz aparan bir qurumun yazısında da yenə eyni foto istifadə edilib. Yəni foto 27 sentyabrdan sonra başlayan Azərbaycan-Ermənistan döyüşlərindən daha əvvəl çəkilib.

Fransa 2013-cü ildə radikal islamçı qruplaşmaların nəzarətinə keçən şəhərə Biləşmiş Millətlər Təşkilatının da dəstəyilə əsgər göndərmiş, sabiq BMT baş katibi Pan Gi Mun isə bu müdaxilənin status-kvonu qorumaq üçün edildiyini açıqlamışdı. Bunu da qeyd edək ki, Mali Fransanın keçmiş müstəmləkələrindən biridir.