Fotonun Qüds şəhərinə hücumdan sonra çəkildiyi iddiası

Fotonun Qüds şəhərinə hücumdan sonra çəkildiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 2015-ci ildə Suriyada çəkilib.

Kadr, Suriyanın Duma şəhərində baş verən hava hücumlarından sonra qeydə alınıb.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Diqqət : Həssas görüntü var.

İsrailin Qəzza şəhərinə etdiyi hava hücumları sosial mediada da geniş əks-səda yaradıb. Bu cür münaqişə və böhran dövrləri yanlış məlumatın və aktual olmayan kadrların yayılmasına səbəb olur. Paylaşılan bir uşaq fotosu İsrailin hava hücumları ilə əlaqələndirilib.

quds iddia ekran teyitaz

Foto Suriyadandır

İddia fotosunu axtarış motorlarında əks axtarış üsulu ilə araşdırdıqda fotonun 2021-ci ilin may ayından etibarən cərəyan edən hadisələrdən çox daha əvvəlki zamanlarda da internetdə də paylaşıldığını görürük.

Əl-Əqsa məscidi hadisələri ilə əlaqələndirilən foto 2015-ci ildən bəri internetdə paylaşılıb. Foto ilə bağlı məlumatlara nəzər yetirdikdə. Suriyanın Duma şəhərində baş verən hava hücumlarından çəkildiyini görürük. 

kudus cocuk gorseli iddiasi getty syria

AFP müxbiri tərəfindən qeydə alınan kadr, hücumlardan yaralanan bir uşağı göstərir.

Suriya İnsan Haqları Monitorinq mərkəzinin məlumatına əsasən 2015-ci ilin oktyabr ayında baş verən hücumlar nəticəsində 89-dan çox insan həyatını itirib. Həmin hücumlardan sonra çəkilmiş başqa fotolar da o dövrdə mediada əks olunub.

Qüdsdə nə baş verir?

İsrail qüvvələri ilə fələstinlilər arasında yaşanan gərginlik 9 may 2021-ci il tarixindən etibarən raket hücumları ilə davam edən böhrana çevrildi. Baş verən hadisələr, bir çox israillinin, İsrailin Şərqi Qüdsü işğal etdiyi günü “Qüds günü” olaraq qeyd etdiyi 9-10 may tarixlərinə təsadüf etdi və hadisələr Əl-Əqsa məscidi ətrafında meydana gəldi.