Fotonun Qarabağdakı Aktual Ermənistan PKK Əməkdaşlığını Göstərdiyi İddiası

Fotonun Qarabağdakı Aktual Ermənistan PKK Əməkdaşlığını Göstərdiyi İddiası

Yanlış Yanlış

Faktlar

Foto 2019-cu ildə Suriyanın Rojava ərazisində çəkilib

24 aprel 2019-cu ildə çəkilən görüntü şimal və şərqi Suriya Erməniləri tərəfindən qurulan Nubar Ozanyan qruplaşmasını göstərir

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkələrdə və xəbər saytlarında yerləşdirilən fotoların Dağlıq Qarabağda Ermənistanın YPG və PKK ilə əməkdaşlıq etdiyini göstərdiyi iddia edildi. Hürriyet, Takvim, Yeni Akit, Milliyet kimi xəbər saytlarında da yayımlanan foto ilə birlikdə, erməni qüvvələrinin PKK-nın Suriyadakı qolu YPG ilə döyüş bölgəsi Dağlıq Qarabağda birləşdiyi irəli sürüldü. İddia A Haber kanalında yayımlanan “Ajans Hafta Sonu” adlı verlişdə də səsləndirildi.

karabagermenipkkiddia

Foto 2019-cu ildə Rojavada çəlilib

Fotonu axtarış motorlarında əks axtarış üsulu ilə axtardığımız zaman, 2019-cu ilin aprel ayında çəkildiyini görürük. “Şimal və şərq Suriya erməniləri ‘müdafiə taboru’ qurdu” başlığı ilə yayımlanan xəbərlərdə bu fotoya rast gəlmək mümkündür. 24 aprell 2019-cu il tarixində Milliyet qəzetində “Türkiyəyə qarşı tabor qurdular” başlığı ilə yayımlanan xəbərdə də iddadakı fotoya yer verilib. 2019-cu ilə aid bir sosial şəbəkə paylaşımında da da bu fotolardan istifadə edilib.

Fotoda görünən şəxslər Rojavadakı YPG qruplaşmasına bağlı şimal və şərq Suriya erməniləri tərəfindən qurulan Nubar Ozanyan təşkilatının üzvləridir. Təşkilat, quruluşunu Erməni soyqırımının ildönümü olaraq qəbul edilən 24 aprel 2019-cu il tarixində elan edib.

Fotolar da təşkilatın Rojavadakı qərargahında çəkilib. Təşkilatın yayınladığı fotolarda divarda Ermənistan bayrağı asıldığını görmək mümkündür. Ermənistan bayrağının solunda isə TKP/ML-nin (Türkiyə Kommunist Partiyası/Marksist-Leninist) hərbi qolu olan Türkiyə İşçi Kəndli Qurtuluş Ordusunun (TİKKO) bayrağı asılıb.

rojavaermeniorgutbayrak

Mezopotamya xəbər agentliyində yer alan bir xəbərdə qurulan təşkilat və üzvləri haqqında ətraflı məlumata yer verilib. Üzvləri şimal və şərqi Suriya torpaqlarında yaşayan təşkilatın qurucuları 50 nəfərdən ibarətdir. Burada təşkilatın, Suriyanın şimalında qurulan ilk Erməni taboru olduğu da qeyd edilib.

Türkiyə və Azərbaycandan olan vəzifəli şəxslər, Ermənistanın Suriyanın şimalında döyüşən Xalq Müdafiə Birlikləri (YPG) üzvü olan qrupları Dağlıq Qarabağdakı döyüşlərdə Azərbaycana qarşı döyüşmək üçün əraziyə gətirildiyi iddiasını irəli sürdü. Fotoda görünən Nubar Ozanyan Taboruna aid bəzi erməni əsgərlərin də Dağlıq Qarabağda döyüşdüyü iddia edildi. Lakin mövzuyla əlaqədar hər hansı bir sübut dəlil paylaşılmadı. 

Ermənistan da Türkiyəni döyüşlərdə Azərbaycana hərbi dəstək yollamaqla ittiham edir.