Planetlərin qeyri-adi görüntüləri, ay, günəş tutulmaları sosial mediada tez-tez paylaşılan iddialardandır. Maraq cəlb edən bu şəkillər manipulyasiyaya uğramış və ya CGI kimi kompüter texnologiyaları ilə hazırlanmış ola bilər.
Bu dəfə sosial mediada paylaşılan bir fotonun Portuqaliyada baş verən günəş tutulmasını göstərdiyi iddia edilib.
Foto Portuqaliyadan deyil, İspaniyadandır
2021-ci ildən bəri paylaşılan foto haqqında əks axtarış ilə araşdırma apardıqda nəticələrin bir çoxunda fotonun Portuqaliyadan olduğu məlumatı var. Lakin Reddit-də bir istifadəçi İspaniyadakı Bask ərazisində yerləşən San-Sebastyan şəhərindən ola biləcəyini deyib.
Xəritələr vasitəsiylə Lissabon və San-Sebastyanda fotodakı yerə bənzər bir ərazi olub olmadığına baxa bilərik. Fotodakı tunel, küçə işıqları və piyada yolu kimi bəzi aşkar yerlər var. San-Sebastyan şəhərində də eyni yerləri görmək mümkündür.
Son 10 ildə İspaniyada günəş tutulması olmayıb
Bəs San-Sebastyan fotosundakına bənzər bir günəş tutulması olubmu? Xeyr. Üç növ günəş tutulması mövcuddur: Tam, qismən və dairəvi. Fotodakı tutulma tam günəş tutulmasıdır. Lakin tam günəş tutulması tez-tez rast gəlinən hal deyil. Dünyanın hər yerindən də görünmür. San-Sebastyanda son 10 ildə tam günəş tutulması baş verməyib.
Dünyadakı sonuncu günəş tutulması isə 4 dekabr 2021-ci il tarixində görünüb. Lakin bu tutulma tam olaraq sadəcə Antarktidadan görünüb. Bu tarixdən sonrakı ilk tam günəş tutulması 20 aprel 2023-cü il tarixində olacaq və sadəcə qərbi Avstraliyadan görünə biləcək.
Günəş tutulması anı fotoya sonradan əlavə edilmiş ola bilər
Fotodakı tam günəş tutulması qismini başqa videolarda və fotolarda da görmək mümkündür. Instagram-da 16 dekabr 2021-ci ildə paylaşılan bir videoda və bir vulkanın üzərində görünən effektdə eyni günəş tutulması anı var.
Portuqaliyadakı günəş tutulmasından olduğu iddia edilən solda, Instagram-da başqa bir kadra əlavə edilən günəş tutulması effekti sağda