Fotonun öpdüyü amerikalı əsgərləri zəhərləyərək öldürən Nasist agentini göstərdiyi iddiası

Fotonun öpdüyü amerikalı əsgərləri zəhərləyərək öldürən Nasist agentini göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Foto 17 sentyabr 1944-cü ildə Nasist Almaniyasından azad edilən Lyej şəhərində ABŞ əsgərini öpən belçikalı qadını göstərir.

Fotodakı ABŞ əsgəri Kabe Quinn, fotonun çəkilməsindən 42 il sonra 1986-cı ildə həyatını itirib.

İkinci dünya müharibəsi zamanı amerikalı əsgərləri öpərək zəhərləyən Nasist agentinə dair məlumat yoxdur.

Bu məzmun 1 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə bir qadının tankın üzərində oturaraq bir əsgəri öpdüyünü göstərdiyi ikinci dünya müharibəsindən olan bir foto ilə bağlı iddia yayılıb. Foto ilə bağlı iddiada fotodakı qadının Nasist Almaniyasının agenti və kimyagəri olduğu, öpdüyü əsgərin amerikalı olduğu və dodağına sürtdüyü zəhər ilə amerikalı əsgərləri öpərək onları 24 saat içində öldürdüyü iddia olunub.

ww2 iddia ekrani teyitaz

Fotodakı qadın belçikalıdır, amerikalı əsgər isə 42 il daha yaşayıb

Fotoya diqqətlə nəzər yetirdikdə tankın üzərində “les belges remerc..” yazıldığını görürük. Fransızca “remercier” təşəkkür etmək mənasına gəlir, buradakı ifadəni “belçikalılar təşəkkür edir” kimi tərcümə etmək olar.

Fotonu axtarış motorlarında əks axtarış üsulu ilə araşdırqdıqda, Belçikada çəkildiyi məlumatına rastlayırıq. Associated Press-in arxivlərinə baxdıqda isə fotonun 1944-cü il 17 sentyabr tarixində Belçikanın Lyej şəhəri Nasist Almaniyasından azad olunduğunda, ABŞ əsgərlərinin şəhərə daxil olduğu zaman çəkildiyini görürük.

Foto haqqında məlumat qismində əsgərin adının Kabe Quinn olduğu, əsgəri öpən qadının isə belçikalı olduğu qeyd edilib. 

ww2 ap image teyitaz

Mənbə: Associated Press

1944-cü ilin sentyabr ayında general Courtney Hodges tərəfindən komandanlıq edilən İlk Birləşmiş Ştatlar Ordusu, Belçikanın Lyej şəhərinə girərək şəhəri Nasist Almaniyasından azad etdi. Fotodakı tankın üzərində “belçikalılar təşəkkür edir” ifadəsi də bununla bağlıdır. ABŞ ordusunun daxil olduğu Fransada da insanların əsgərləri sevinclə qarşıladığı, qadınların əsgərləri öpdüyü görüntülər mövcuddur.


İkinci dünya müharibəsində belə bir hadisənin olub olmadığına dair axtarış etdikdə isə hər hansı bir fakta rastlanmır. Fotoda belçikalı qadının öpdüyü amerikalı əsgər isə fotonun çəkildiyi tarixdən 42 il
sonra, 23 fevral 1986-cı ildə həyatını itirib.