Sosial şəbəkədə paylaşılan bir fotonun New York metro girişində Ukrayna haqqında cümlələr yazdığını göstərdiyi iddia olunub.
Lövhədəki cümlələr montaj ilə əlavə olunub
İddia fotosunu Yandex axtarış motorunda əks axtarış üsulu ilə araşdırdıqda eyni fotonun fərqli versiyalarına rast gəlirik. TinEye, bir fotonun orijinal versiyasını tapmağa kömək edən vasitədir. Burada fotonu araşdırdıqda 2009-cu ildən bəri internetdə paylaşıldığını görürük. Eyni zamanda orijinal versiyasında iddia fotosundakı cümlələr yoxdur. Foto saytlarında paylaşılan kadr 3 avqust 2009-cu ildə Jorge Salcedo adında fotoqraf tərəfindən çəkilib. Fotoda solda görünən qırmızı çantalı, qırmızı köynəkli insanlar, sarı avtobus bu fotonun 2009-cu ilə aid olduğunu təsdiqləyir.
İddia fotosu montaj üsulu hazırlanıb. Yandex-də çıxan nəticələr arasında, orijinal fotonun fərqli reklam paylaşımlarında, portfellərdə istifadə edildiyini görürük. İddia fotosundakı cümlələrin altında “New York Times” qeyd olunub. Cümlənin kimə aid olduğunu araşdırdıqda, New York Times qəzetinin şərh hissəsində oxucudan gələn bir məktubun başlığı olduğunu öyrənirik. Bu cümlə daha sonra Ukrayna Müdafiə Nazirliyinin rəsmi Twitter səhifəsində də paylaşılıb.