Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Şimali İraqda həyata keçirdiyi əməliyyata xəbər saytlarında geniş şəkildə yer verilib. Noyabrın 30-da xəbərlərdə bir fotonun bu əməliyyatdan olduğu paylaşılıb və bu mövzuda nəşrlər edilib.
Fotoda yanan avtomobil əks olunub. Xəbəri bu foto ilə yayan saytlarda görüntülərin “arxiv” olması ilə bağlı heç bir ifadə yoxdur.
Foto yeni deyil
İddianın araşdırılmasına əks axtarış üsülundan istifadə edərək başlayırıq. Araşdırmamız nəticəsində fotonun 22 iyul 2022-ci ildə “Syria” TV tərəfindən paylaşıldığını görürük.
“Syria” TV-nin xəbərinə görə, foto Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Qamışlı şəhəri yaxınlığında həyata keçirdiyi əməliyyatdandır. Fotoda görünən maşın da Suriya Demokratik Qüvvələrinə (SDQ) məxsusdur.
Fotonu eyni gündə “North Press Agentliyi” də paylaşıb. “North Press Agentliyi”-nin paylaşdığı xəbəri araşdırdığımız zaman fotonun həqiqətən də Suriyanın Qamışlı şəhəri yaxınlığında çəkildiyi təsdiqini tapır.
“North Press Agentliyi”nin paylaşdığı xəbərə görə, əməliyyatı Türkiyə Silahlı Qüvvələri təşkil edib. Əməliyyat nəticəsində 3 QSD üzvü öldürlüb.
Fotonu 22 iyul 2022-ci ildə “Alkhabour” adlı “Facebook” səhifəsi paylaşıb. Səhifənin “Facebook” paylaşımında bu ifadələr yer alıb:
“Türkiyə PYD/PKK silahlılarına məxsus cipi Qamışlı rayonundakı nəzarət-buraxılış məntəqəsi yaxınlığında hava zərbələri ilə hədəfə alıb”.
Yanan avtomobilin görüntüləri 22 iyul 2022-ci ildə “Havar Xəbər Agentliyi”nin “YouTube” kanalında da paylaşılıb.
Xəbərdə MİT-in Şimali İraqda əməliyyat keçirdiyinə dair məlumat paylaşılıb. “Anadolu Agentliyi”nin noyabrın 30-da açıqladığı məlumatda PKK-nın kəşfiyyat idarəçisi Fatma Onurun öldürüldüyü bildirilib.