Sosial mediada paylaşılan bir fotonun Məkkədə çəkildiyi və havadan asılı bir qayanı göstərdiyi iddia edilib.
Foto montaj edilib
Fotonu axtarış motorunda araşdırdıqda 2015-ci ildən bəri internetdə paylaşıldığını görürük. Çıxan nəticələrdə foto “floating rock in jerusalem” kimi adlandarılıb. Bu açar sözlərlə axtarışa davam etdikdə fotonun Məkkədən deyil, Səudiyyə Ərəbistanının Al Twaitheer şəhərindən olduğunu öyrənirik.
Google Xəritələr üzərində həmin şəhərin görüntülərinə nəzər yetirdikdə, qayanın əslində altında da qaya parçaları olduğunu görürük.
YouTube-da həmin ərazidə çəkilən videolara da nəzər yetirdikdə də qayanın havada olmadığını, altında üç qaya parçası ilə dəstəkləndiyini görmək mümkündür.
Montaj edilmiş foto illərdir internetdə fərqli dillərdə paylaşılır. İddia daha əvvəl AFP, India Today, Malumatfuruş və Fakt Yoxla tərəfindən də araşdırılıb.