Fotonun Leyli və Məcnuna məxsus olduğu iddiası

Fotonun Leyli və Məcnuna məxsus olduğu iddiası

Yanlış Yanlış

Faktlar

Foto aparat Leyla və Məcnun hekayəsindən əsrlər sonra icad edilib.

Şəkildəki qadın 1900-cü illərdə yaşamış bir bədəvidir.

Şəkildəki kişi Qətərli bir döyüşçüdür.

Sosial şəbəkələrdə müxtəlif vaxtlarda paylaşılan görüntünün Leyla və Məcnuna məxsus olduğu iddia edilib. Şəkildə uzun saçlı iki insan əks olunub.

az leyli mecnun saxta xeberpng

Leyli və Məcnuna məxsus olduğu iddia edilən fotonun Fransadakı muzeylərdən birində olduğu yazılıb. Açar sözlərlə axtarış edərkən fotonun  hər hansısa muzeydə qeydiyyatda olmadığı ortaya çıxır. 

Lakin paylaşımda qaynaq olaraq qeyd edilən ünvan Nyu Yorkdakı Metropolitan Muzeyinin səhifəsidir. Muzeyin səhifəsində isə iddiada qeyd olunan foto yer almayıb.

Səhifədə XVIII əsrdə İranda hazırlanan Leyli və Məcnuna aid tablonun olduğunu görmək olar. Klassik hekayəni əks etdirən tabloda Leyliyə qovuşa bilmədiyi üçün vəhşi təbiətə sığınan və bitkin hala düşən Məcnun və onun başında dayanan Leyli yer alıb.

az leyle mecnun metmuzesi tasvir tablo

                            Metropoliten Muzeyində Leyli və Məcnunun təsviri

Fotodakı şəxslərin mövzu ilə əlaqəsi yoxdur

Sözügedən iddiadakı şəxsləri ayrı-ayrı axtarış edərkən bəzi məlumatları əldə edirik. Leyli olduğu iddia edilən qadın ilə bağlı məlumatlara “Fotolarla Osmanlı Dövründə Qüds” adlı kitabda rast gəlirik.

az osmanli bedevi kadin min

Altında ingilis dilində “Bədəvi Qadın” yazan şəkildəki qadının başlığını, duruşunu və saçının formasını incələyərkən paylaşımdakı qadın ilə eyni şəxs olduğunu söyləmək mümkündür.

az leyla03 karsilastirmamin 1

Fotonu daha detallı axtararkən fərqli rakurslardan çəkilişlərini də görə bilirik. Foto ABŞ Konqre Kitabxanasındakı qaynaqda da “Bədəvi Qadın” başlığı ilə yer alır. Açıqlamada isə “Foto İordaniyada yerləşən Kerak qəsəbəsindən olduğu ehtimal edilən bir şeyxin arvadını əks etdirir” yazılır.

az bedevi kadin farkli aci leyla ile mecnun

İddia olunan fotodakı kişini axtararkən Qətərdə yerləşən Şeyx Faysal Bin Qassim Al Tani muzeyinə aid yazıya rast gəlirik. Yazıda “Səksən yaşlarında ikən Osmanlıları savaşda məğlub edən və bəziləri tərəfindən Qətərin qurucusu olaraq qəbul edilən Jassimin böyük nəvəsi” ifadəsi yer alır. 

Axtarışı ərəb dilində edirik. Leyli və Məcnunun gerçək fotosu deyə etdiyimiz axtarışda çərçivəyə salınmış bir divar şəkli görürük. Üzərində Faraj Bin Nasser Bin Dulmouk Al Marri yazan fotonu tərs şəkil axtarışı ilə yenidən axtararkən Şeyx Faysal muzeyinin divarında asılan foto olduğu ilə bağlı məlumata rast gəlirik

Axtarışı dərinləşdirərkən fotodakı şəxsin başqa rakurslardan çəkilmiş şəkilləri ilə də qarşılaşırıq.

az katar adam leyla ile mecnun

Yazının tərcüməsində bu ifadələr yer alır:“Al Marri qəbiləsindən Cəngavər Fərəc Bin Nasser Bin Dulmouk. Allah ona rəhmət eləsin”.

Qətərdə yerləşən Şeyx Faisal Bin Qassim Al Thani muzeyini onlayn ziyarət etmək mümkündür. Əsas zal adlı bölmədə Məcnun olduğu iddia edilən şəxsin görüntülərinə daxil oluruq.

az mecnun katar muze 04 min

                           Şeyx Faisal Bin Qassim Al Thani Muzeyi.

Ziyarətçilərin çəkdiyi iki fotoşəkili muzeyin “Google” səhifəsinin şərhlərində görürük.

az mecnun katar muze gorsel03 min

Leyli və Məcnun kimdir?

Füzuli’nin XVI əsrdə yazdığı Leyli və Məcnun məsnəvisi klassik türk ədəbiyyatının ən məşhur əsərlərindən biridir. Qeys və Leyli adlı iki gəncin imkansız sevgisini lirik üslubla əks etdirən məsnəvidə sevgisi ucbatından ağlını itirib səhraya düşdüyü zaman Qeys Məcnun olaraq adlandırılır.

Bir çox kültürdə yer alan və o kültürlərə görə fərqli formalara düşən hekayənin müxtəlif dillərdə variantları mövcuddur. Qəhrəmanların həqiqətən yaşayıb yaşamadığı isə rəvayətlərdən ibarətdir. Digər tərəfdən X əsrdə yaşadıqları düşünülən qəhrəmanlar həqiqətən yaşasalar belə şəkillərinin olması mümkün deyil. Fotoaparatın icadı və ilk fotoşəkilin çəkilməsi XIX əsrin əvvələrinə təsadüf edir. Yəni Füzulinin Leyli və Məcnun əsəri belə fotoaparatın icadından üç yüz il sonra yazılıb.