Fotonun Kəlbəcər Toğana yolunu göstərdiyi iddiası

Fotonun Kəlbəcər Toğana yolunu göstərdiyi iddiası

Yanlış Yanlış

Faktlar

Fotonu axtarış motorunda axtardıqda çıxan nəticələr Türkiyədən olduğunu göstərir.

Eyni bucaqdan çəkilmiş kadrlar ilə fotonun Ankara Pozantı magistralından olduğunu təsdiqləmək mümkündür.

Bu məzmun 2 ildən daha köhnə tarixə aiddir.

Sosial şəbəkədə paylaşılan fotoların Azərbaycanın Kəlbəcər və Toğana rayonları arasında yeni çəkilmiş yolu göstərdiyi iddia edildi. İddialarda yolu çəkən şirkətin Türkiyə şirkəti olduğu məlumatına yer verildi.

kelbecer togana yolu iddiasi ekran

Kadr Azərbaycandan deyil Türkiyədəndir

İddia fotosunu əks axtarış üsulu ilə araşdırdığımız zaman bənzər fotolar qarşımıza çıxır. Bunlardan biri də Altınok adlı şirkətin veb səhifəsidir. Linkə nəzər keçirdiyimiz zaman iddia fotosundakı yola bənzər bir kadra rast gəlirik. Saytda fotonun açıqlama qismində Ankara Pozantı magistralı olduğu qeyd edilib. Magisralda çəkilmiş digər görüntülərə baxmaq üçün axtarış etdikdə isə iddia paylaşımındakı magistral yola aid başqa fotoları da tapırıq.

togana kelbecer yolu iddiasi

Solda iddia fotosu, sağda Ankara Pozantı yolu

Görüntülərdən yolun Ankara Pozantı magistralından olduğunu təsdiqləmək mümkündür. İddia yanlış məlumatın ən çox yayılmış yeddi növündən biri olan xətalı əlaqələndirmə kateqoriyasına aiddir.